ÜST-ün ekspert qrupu “Uhan bazarı”ndan "mühüm dəlillər" toplayıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi beynəlxalq mütəxəssis qrupu Çinin koronavirusun ilk yayıldığı bildirilən Uhan şəhərindəki dəniz məhsulları satılan bazarda əhəmiyyətli məlumatlar toplayıblar.
“Bloomberg” xəbər verir ki, bunu qrup üzvlərindən biri, “EcoHealth” qeyri-hökumət təşkilatı rəhbəri, zooloq Peter Daszak bildirib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasında göstərilən bazarın rolu barədə əllərində "mühüm dəlillər" var: “Nəticə barədə məlumat fevralın 10-dək açıqlanacaq. Çin mütəxəssisləri ilə görüşdük, bir sıra tədqiqat mərkəzlərində olduq. Bəzi real dəlillər əldə edildi”.
Mütəxəssis qeyd edib ki, hazırda qrup üzvləri alınan məlumatları müqayisə edirlər: “Bu dəlillər baş verənləri dərindən anlamağın başlanğıcıdır. Araşdırmada əsas sahələrin bütün spektri nəzərdən keçirilməlidir. Qrup bütün işləri Çin tərəfi ilə birlikdə aparııb.
Hər gün onlarla görüşdük, yeni məlumatlarla tanış olduq. Sonra ən vacib yerlərə getmək istədiyimizi söylədik. Onlar gedəcəyimiz yerin siyahısını istədilər. İstədiyimiz bütün yerlərdə olduq, bu barədə açıq idilər”.
Qeyd edək ki, ÜST mütəxəssisləri yeni koronavirusun mənşəyini öyrənmək üçün yanvarın 14-də Çinin Uhan şəhərinə gəliblər.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























