SOCAR-ın "budağından" yenidən böyük məbləğdə sərmayə çıxdı
"SOCAR Construction” MMC-nin nizamnamə kapitalı 6 milyon 773 min 341 manat azaldılıb."SOCAR Construction” MMC-nin nizamnamə kapitalı 4 dəfə azaldılıb.
Marja xəbər verir ki, “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının 8 milyon 972 min 311 manat məbləğdən 2 milyon 198 min 970 manat məbləğə azaldığını elan edib.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 65A ünvanına bildirə bilərlər.
Ötən ilin Dekabr ayında “SOCAR Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 11 milyon 628 min 589 manat azaltmış, nəticədə şirkətin nizamnamə kapitalı 20 milyon 600 min 900 manat məbləğdən 8 milyon 972 min 311 manata düşümüşdü.
Şirkətin qanuni təmsilçisi Zaur Ağayevdir.
“SOCAR Construction” şirkəti Belarus Respublikasının ikinci ən iri neft emal zavodu "Mozır NEZ” zavodunun tikintisində iştirak edib. Verilən məlumata görə, yaxın zamanda "SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən Markovo yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaqdır.
“SOCAR Construction” Məhdud Məsuliyyət Cəmiyyəti – Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) "budağı" olaraq təsis olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
-
14 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















