"7,17 milyard dollar qrafik əsasında satışa çıxarılır"
Dövlət büdcəsinə transfertlə bağlı öhdəliklərin icra edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir.
Bu barədə ARDNF-dən bildirilib.
Xatırladaq ki, Dünya Bankının sonuncu aylıq hesabatında qeyd olunub ki, cari ilin yanvar ayında ARDNF təxminən 645 mln. ABŞ dolları dəyərində valyuta satışı həyata keçirib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çoxdur və satış üzrə aylıq limiti 8% üstələyib.
Fonddan həmçinin bildirilib ki, ARDNF-nin büdcəsinin xərc istiqamətlərində əsas yeri dövlət büdcəsinə transfertlə bağlı öhdəliklər təşkil edir. Dövlət büdcəsinə transfertlə bağlı xərclər ARDNF-nin öhdəliyidir və xam neftin qiymətlərindən asılı olmayaraq, bu öhdəlik yerinə yetirilməlidir. Sözügedən öhdəliklərin icra etmək məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə xarici valyuta, yəni ABŞ dolları vəsaitləri manata konvertasiya edilir.
"ARDNF-nin 2021-ci il büdcəsində 12,2 mlrd. manat həcmində büdcə öhdəliyi nəzərdə tutulub ki, manatla ifadə edilən bu öhdəliyin icrası üçün Fond tərəfindən il ərzində ümumilikdə 7,17 mlrd. ABŞ dolları məbləğində xarici valyuta 12 aylıq satış qrafiki əsasında satışa çıxarılır", - ARDNF-dən bildirilib.
Fonddan onu da əlavə ediblər ki, Mərkəzi Bankın keçirdiyi hərraclarda valyutaya tələbatının həcmində yaranan dəyişiklikdən asılı olaraq, aylıq valyuta satışlarında müəyyən kənarlaşmaların (artım və yaxud azalmaların) olması istisna edilmir.
Azərbaycanda COVID-19 pandemiyasının başladığı dövrdən (aprel ayı) indiyədək, ARDNF tərəfindən valyuta hərraclarında 5,177 mlrd. ABŞ dolları məbləğində vəsait satılıb. Bütün 2020-ci il ərzində isə Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. ABŞ dolları məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Satışların pik həddi pandemiya ərəfəsinə – mart ayına təsadüf edib və 1,928 mlrd. dollara bərabər olub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
3 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
4 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
4 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)











.jpg)






