Gürcüstanın Baş naziri seçildi
Gürcüstan parlamenti İrakli Qaribaşvilinin Baş nazir postunu tutduğu yeni hökumətə etimad göstərib.
Parlamentin bu gün keçirilən plenar iclasında səsvermə zamanı 89 deputat hakim “Gürcü Arzusu”nun təqdim etdiyi yeni hökumətin tərkibini dəstəkləyib.
Yerli qanunvericiliyə əsasən parlamentin hökuməti təsdiqləməsi üçün minimum 76 deputatın səsi kifayət edir. Yeni hökumətin tərkibində əvvəlkindən fərqli olaraq iki yeni nazir var. Bunlar regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladzedir.
Gürcüstanın yeni hökumətinin tam tərkibi aşağıdakı kimidir:
Xarici işlər naziri - David Zalkaliani;
İqtisadiyyat və davamlı inkişaf naziri - Natia Turnava;
Ədliyyə naziri - Qoça Lortkipanidze;
Daxili işlər naziri - Vaxtanq Qomelauri;
Regional inkişaf və infrastruktu naziri - Irakli Karseladze;
Maliyyə naziri - İvane Maçavariani;
Təhsil, elm, mədəniyyət və idman naziri - Mixeil Çxenkeli;
Qaçqın və məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial məsələlər naziri – Ekaterine Tikaradze;
Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri - Levan Davitaşvili; müdafiə naziri - Cuanşer Burçuladze;
Barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri - Tea Axvlediani.
Gürcüstan konstitusiyasına görə parlamentin yeni Baş nazirə və hökumətin tərkibinə etimad göstərməsindən sonra Prezident yeni Baş nazirin təyinatı ilə bağlı fərman imzalamalıdır.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü İrakli Qaribaşvili daha əvvəl 2013-2015-ci illərdə Gürcüstanın Baş naziri olub.
Xatırladaq ki, Baş nazir Giorgi Qaxaria fevralın 18-də müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Melianın həbsi ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından sonra tutduğu vəzifədən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verdiyini açıqlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























