Əhalinin banklardakı müddətli əmanətləri azalıb
2021-ci ilin Yanvar ayında fiziki şəxslərin (əhalinin) banklardakı müddətli əmanətləri 36,7 milyon manat azalaraq 4 milyard 752,5 milyon manata düşüb. Dekabrın sonunda fiziki şəxslərin banklardakı müddətli əmanətləri 4 milyard 789,2 milyon manat təşkil etmişdi.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin dekabr ayının sonu ilə müqayisədə əhalinin tələbli əmanətləri 71,7 milyon manat artaraq 31 Yanvar 2021-ci il tarixində 3 milyard 327,1 milyon manat təşkil edib. Dekabrın sonunda fiziki şəxslərin banklardakı tələbli əmanətləri 3 milyard 255.4 milyon manat təşkil etmişdi.
Yanvarda fiziki şəxslərin (əhalinin) banklardakı cəmi əmanətləri 34,9 milyon manat artaraq 8 milyard 79.6 milyon manata çatıb. Artım tələbli əmanətlərdəki artımdan qaynaqlanır.
Yanvarda hüquqi şəxslərin depozitləri isə 469,4 milyon manata azalaraq 12 milyard 208,9 milyon manata geriləyib. O cümlədən hüquqi şəxslərin tələbli depozitləri 553,1 milyon manat azalaraq 10 milyard 86.2 milyon manata düşüb.
Müddətli əmanətlər:
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli əmanətlər:
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə adətən faiz hesablanmır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























