“Aqrarkredit”in borc portfelinin 72 %-i öz vəsaiti hesabına formalaşıb
Bu il yanvarın 1-nə “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) borc portfeli 94 milyon 579 min manat təşkil edib.
Məlumata görə, bunun 68 milyon 454 min manatı və yaxud 72,4 %-i BOKT-un öz vəsaiti hesabına, 20 milyon 848 min manatı İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına, 4 milyon 567 min manatı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına, 710 min manatı isə Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) xüsusi layihələri çərçivəsində ayrılmış vəsait hesabına foprmalaşıb.
Ötən ilin sonuna “Aqrarkredit”in vaxtı keçmiş kreditlərinin borc portfelindəki xüsusi çəkisi 6,2 % olub.
BOKT-un kənd təsərrüfatında ticarət, xidmət və s. sahələrə ayrırdığı kreditlərin onun borc portfelindəki xüsusi çəkisi 41,7 % təşkil edib. Növbət yerlərdə 33,3 %-lə aqrar emal sahəsi, 20 %-lə heyvandarlıq sahəsi, 5 %-lə isə bitkiçilik sahəsi qərarlaşıb.
Xatırladaq ki, “Aqrarkredit” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,669 milyon manatdır. BOKT 100% dövlətə məxsusdur.
Marja.az Telegramda: https://t.me/marjaaz
report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 d. əvvəl
-
- 11 d. əvvəl
- 35 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
3 saat əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Biznes dankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
Azərbaycan neftinin son qiyməti
Qarabağ Dirçəliş Fondu İT sistemlərini “Hökumət buludu”na köçürüb
Mercedes yenə BMW-dən geri qaldı
Ən çox oxunanlar
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
Rəsmi məzənnələr açıqlandı
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Azercell yeni rouminq paketlərini istifadəyə verir

















