"Bu il qlobal neft tələbatı sutkada 96 milyon barrelə yüksələcək"
Cari ildə qlobal neft tələbatı gündəlik 96 milyon barrel olacaq.
Bu barədə OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) 49-cu iclasında deyib.
Baş katib qlobal neft bazarı və ümumiyyətlə dünya iqtisadiyyatının yaxşılaşdırılması perspektivini vurğulayıb, davamlı neft bazarı sabitliyini bərpa etmək kursunda qalmağın vacibliyini qeyd edib.
“Həm qlobal iqtisadi vəziyyət, həm də neft bazarının perspektivləri davamlı inkişaf əlamətləri göstərir. Pandemiyanın səbəb olduğu şoklar səbəbindən ÜDM və neft tələbatındakı nənfi göstəricilərin yaşandığı günlər geridə qalıb. 2021-ci ildə qlobal neft tələbatı 5,8 milyon barrel artaraq sutkada 96 milyon barrel civarında olacaq. Asiyada ümidverici qlobal iqtisadi inkişaflar və davamlı tələbat buna təsir edən amillərdir”, - deyə M.Barkindo bildirib.
Qeyd edək ki, bu gün OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 27-ci iclası, martın 4-də isə “OPEC+” ölkələri nazirlərinin 14-cü toplantısı videokonfrans formatında keçiriləcək.
JTC və JMMC 2016-cı il dekabrın 10-da Avstriyanın paytaxtı Vyanada təşkil edilən OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirlərinin ilk toplantısında imzalanan tarixi “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində yaradılıb. JTC neft bazarına dair təhlillər aparan və JMMC-yə təqdim edən texniki düşüncə mərkəzidir.
Xatırladaq ki, yanvarda “OPEC+” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7 milyon 125 min barrel, martda isə 7 milyon 50 min barrel təşkil edəcək.
Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barrel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalıb. “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barrel artıraraq istehsalı 595 min barrel səviyyəsində saxlayıb.
2021-ci ilin yanvar ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barrel olub. Bunun 593 min barrelini xam neft, 159 min barrelini isə kondensat təşkil edib.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 11 saat əvvəl
-
12 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
12 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
12 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
13 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
13 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 13 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı























