13 bankda 0-1% arasında dəyişir - HANSI BANKLAR AKTİVLƏRİNDƏN YAXŞI İSTİFADƏ EDƏ BİLİB?
Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 567,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 32 milyard 55,3 milyon manat məbləğində aktivlərin 1,8%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2020-ci ildən mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 5,8%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" aktivlərinin məbləğinə görə ölkədə 3-cüdir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Bank of Baku” ASC tutub. Bu bank ötən il aktivlərinin 3,1%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" aktivlərinin məbləğinə görə, 26 bank arasında 13-cü yerdə qərarlaşıb.
3-cü yerə isə ölkənin regional bankı - “Naxçıvan Bank" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti aktivlərinin 2,5%-i qədər olub. Halbuki, "Naxçıvan Bank" aktivlərinin məbləğinə görə, banklar arasında 20-cidur.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 2-də sözügedən göstərici 2,1-2,2%, 5 bankda 1-2% arasında, 13 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin /zərərinin aktivlərinə nisbəti
|
1 | Kapital Bank | 5,8% |
2 | Bank of Baku | 3,1% |
3 | Naxçıvan Bank | 2,5% |
4 | Express Bank | 2,2% |
5 | Bank VTB Azərbaycan | 2,1% |
6 | AFB Bank | 1,9% |
7 | PAŞA Bank | 1,5% |
8 | Azərbaycan Beynəlxalq Bankı | 1,4% |
9 | Unibank | 1,4% |
10 | Xalq Bank | 1,1% |
11 | İran Milli Bankı - Bakı | 0,8% |
12 | Bank Avrasiya | 0,8% |
13 | Zıraat Bank Azərbaycan | 0,7% |
14 | Premium Bank | 0,6% |
15 | Bank Respublika | 0,6% |
16 | Azərbaycan Sənaye Bankı | 0,6% |
17 | Yapı Kredi Bank Azərbaycan | 0,4% |
18 | Access Bank | 0,3% |
19 | Rabitəbank | 0,3% |
20 | Günay Bank | 0,2% |
21 | Turan Bank | 0,1% |
22 | Muğan Bank | 0,1% |
23 | Azər-Türk Bank | 0,1% |
24 | Pakistan Milli Bankı - Bakı | -1,7% |
25 | Bank BTB | -2,6% |
26 | Yelo Bank | -10,2% |
©️ "Renkinq"
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
21 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Ən çox oxunanlar
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb






.jpg)






.jpg)



.jpg)








