Kapitalından ən yaxşı və ən pis istifadə edən banklar
Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən il 567,8 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 milyard 589,5 milyon manat məbləğində nizamnamə kapitalının 12,4%-i qədərdir.
Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2020-ci ildən mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 1,2 mislini təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Bank of Baku" ASC tutub. Bu bank ötən il nizamnamə kapitalının 24%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" kapitalının məbləğinə görə, 26 bank arasında 22-ci yerdə qərarlaşıb.
Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 16,3%-lik göstərici ilə "PAŞA Bank" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 4-cüdir.
Mənfəətlə işləyən qalan 20 bankdan 16-da sözügedən göstərici 1-11% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
№ | Bankın adı | Bankın illik mənfəətinin /zərərinin nizamnamə kapitalına nisbəti
|
1 | Kapital Bank | 1,2 dəfə |
2 | Bank of Baku | 24,0% |
3 | PAŞA Bank | 23,8% |
4 | Azərbaycan Beynəlxalq Bankı | 10,4% |
5 | Naxçıvan Bank | 8,9% |
6 | Unibank | 8,8% |
7 | Azərbaycan Sənaye Bankı | 8,6% |
8 | Bank Respublika | 8,2% |
9 | AFB Bank | 7,7% |
10 | Xalq Bank | 7,1% |
11 | Express Bank | 6,1% |
12 | Zıraat Bank Azərbaycan | 4,2% |
13 | Premium Bank | 2,6% |
14 | Yapı Kredi Bank Azərbaycan | 2,5% |
15 | Bank Avrasiya | 2,5% |
16 | Rabitəbank | 2,2% |
17 | Bank VTB Azərbaycan | 1,2% |
18 | İran Milli Bankı - Bakı | 1,1% |
19 | Access Bank | 1,0% |
20 | Turan Bank | 0,9% |
21 | Azər-Türk Bank | 0,8% |
22 | Muğan Bank | 0,7% |
23 | Günay Bank | 0,6% |
24 | Pakistan Milli Bankı - Bakı | -2,3% |
25 | Yelo Bank | -10,5% |
26 | Bank BTB | -13,7% |
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
-
-
24 d. əvvəl
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
- 25 d. əvvəl
-
42 d. əvvəl
SpaceX, 7 min 500 Starlink peykinin buraxılışı üçün təsdiq aldı
- 50 d. əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
14 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 14 saat əvvəl
-
15 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
İranla ticarət aparan ölkələrə 25 faiz gömrük rüsumu tətbiq ediləcək
“Kristal”dan sosial mediada yayılan iddialarla bağlı açıqlama
Rəsmi məzənnələr açıqlandı
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
Ən çox oxunanlar
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"























