“Aqroservis” mineral gübrələrin səyyar satışına başladı
Yeni əkin mövsümü ilə əlaqədar olaraq “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kənd və qəsəbələrdə mövsümi mineral gübrələrin səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, fermerlərin gübrələrə olan tələbatını vaxtında ödəmək üçün “Aqroservis” ASC anbarları mövsümi mineral gübrələrlə tam təchiz edib.
Cəmiyyət fermerlərin işini asanlaşdırmaq məqsədilə 15.03.2021-ci il tarixindən etibarən bütün ölkəni əhatə etməklə, çoxşaxəli səyyar satış xidmətlərinə start verib. Gün ərzində paralel olaraq 10-dan çox istiqamətdə səyyar satış xidmətləri təşkil edilir.
“Aqroservis” əməkdaşları rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərə və qəsəbələrə gedərək fermer və sahibkarların tələbatlarına uyğun mövsümi gübrələrin satışını həyata keçirir, əksər hallarda mineral gübrələrin fermerin ünvanına kimi ödənişsiz çatdırılmasını təmin edirlər.
Aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə uyğun, vaxtında və operativ həyata keçirilməsi məqsədilə “Aqroservis” ASC gücləndirilmiş iş rejiminə keçib. Belə ki, fermerlər şənbə və bazar günləri də daxil olmaqla “Aqroservis” ASC-nin istənilən rayon bölməsinə yaxınlaşaraq heç bir əlavə sənəd və vəsait ödəmədən mineral gübrə əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmana əsasən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə əsasən, fermerlər aldıqları biohumusun və gübrənin tam dəyərini “Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki vəsait hesabına ödəyə bilirlər.
Fermerlərin mineral gübrə və pestisid sifarişlərini operativ qəbul edilməsi və səyyar xidmətlərin keçirilmə ünvanlarının fermerlərin istəyinə uyğun təşkil edilməsi üçün Cəmiyyətin yeni 4 rəqəmli 1659 nömrəsi (Satış Mərkəzi) fəaliyyətə başlayıb. Həmçinin, fermerlər Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə də müraciət edərək, səyyar satışla bağlı təklif və şikayətlərini ünvanlaya bilərlər.
Qeyd edək ki, “Aqroservis” ASC mineral gübrələrə olan tələbatın ödənilməsi ilə yanaşı, rayon bölmələrində olan texnikalar vasitəsilə fermerlərin aldıqları gübrələrin sahələrdə istifadəsi üçün onlara aqrotexniki xidmətlər də göstərir.
Xatırladaq ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır. Səyyar satış vasitəsilə vətəndaşların mineral gübrələri asanlıqla əldə etməsi əkinə cəlb edilən bütün torpaqlarda gübrələrdən istifadə edilməsinə şərait yaradır və bu da məhsuldarlığın artmasına öz müsbət təsirini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























