Samsung çip böhranı ilə əlaqədar yeni telefon modelinin təqdimatını təxirə sala bilər
Avtomobil sektorunda istehsalın dayanmasına gətirib çıxaran çip böhranı texnologiya nəhənglərini də vurdu. Samsung böhran səbəbilə bu il bazara təqdim etməyi planlaşdırdığı yeni Galaxy Note modelinin təqdimatını təxirə salmağı nəzərdə tutur.
Marja xəbər verir ki, Cənubi Koreya şirkətinin İcraçı direktoru Koh Dongjin yaşanan çətinliyin növbəti rübdə şirkətin nəticələrinə mənfi əks olunacağını açıqlayıb.
Koh, yarımkeçirici çiplərin təklif və tələbində qlobal miqyasda ciddi balanssızlıq olduğunu qeyd edərək, "Çətin dövrə baxmayaraq şirkətimiin menecerləri bu problemi həll etmək məqsədilə digər ölkələrdəki ortaqlarımızla danışıqlar aparır. Çip qıtlığının 100% bitdiyini söyləmək çətindir" bildirib.
Şirkət yaşanan böhran səbəbilə yeni Galaxy Note modelinin təqdimatını da təxirə salmağı planlaşdırır.
Maşın və texnologiya istehsal edən şirkətlər üçün kritik əhəmiyyətdə olan çip tədarükündə Covid-19 ilə əlaqədar olaraq yaşanan çətinlik, avtomobil sektoru başda olmaqla bir çox sektorda çətinliyə gətirib çıxarır. Volkswagen bu çətinlik səbəbilə dünya səviyyəsində təxminən 100 min avtomobil istehsalı itkisi yaşadığını açıqlayıb.
Avtomobil sektorunu vuran bu böhranın elektronika sektoruna da yayılmasından narahatlıq edilir.
Samsung-un səhmlərinin qiyməti bu gün 0.6% düşüb. Tədarükçülər və Asiyanın çip istehsalçıları Taiwan Semiconductor Manufacturing Co. ilə SK Hynix Inc. şirkətinin səhmləri də ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
11 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
11 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
11 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
15 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
16 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
20 Yanvar faciəsindən 36 il ötür
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir




























