Asiya bazarlarında dalğalanma - birjalardakı volatillik davam edir
Mitsubishi dəyər itirir, Çin istehsal həcmlərini artırmağı planlaşdırır, Hyundai çox qısa artış əldə edir, texnologiya şirkətləri isə hələ də qeyri-müəyyən vəziyyətdədir.
Asiya bazarları yeni iş gününə müxtəlif ziddiyyətli göstəricilərlə başlayıb. Marja xəbər verir ki, Çinin Milli Statistika Bürosu istehsalat sahələrində Alıcı Menecerlər İndeksinin (PMI indeksi) fevral ayındakı 50.6 ilə müqayisədə mart ayında 51.9-a yüksəldiyini açıqlayıb. Milli statistika qurumu bu il istehsal həcminin daha da artacağını proqnozlaşdırır. Adətən PMI indeksi 50-dən yüksək olduqda bu, istehsal həcminin artdığını, aşağı olduqda isə azaldığını göstərir.
Daha bir Asiya nəhəngi-Yaponiyada Mitsubishi UFJ Maliyyə Qrupunun səhmləri 3.5% ucuzlaşıb. Dünən xəbər verdiyimiz Archegos hadisəsindən sonra yapon bankı Nomuranın bazar ertəsi 16 faiz ucuzlaşan səhmləri çərşənbə axşamı mövqeyini bərpa etsə də, bugün yenidən 2% aşağı düşüb. Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı Hyundai Motorun səhmləri 0.46% bahalaşıb. Şirkət ən böyük istehsal müəssisəsi olan Ulsandakı zavodunda işlərin aprelin 7-dən 14-ə qədər dayandırılacağını bildirib.
Birjalarda da vəziyyət qarışıqdır - Morgan Stanley Capital Investments-in (MSCI) ən böyük Asiya indeksləri bir həftəlik 682.36 bənddən 680.04 bəndə qədər azalıb. Bu göstərici ötən ay qeydə alınmış və indiyə qədərki rekord göstərici hesab olunan 745.89 bəndindən xeyli aşağıdır. Yaponiyanın Nikkei 225 indeksi 0.63%, Topix indeksi 0.68%, Çinin Şanxay və Şenzen indeksləri müvafiq olaraq 0.61% və 0.95%, Honkonqdakı Han Seng indeksi 0.31% azalmış, Cənubi Koreyanın Kospi indeksi 0.19% artmış, Avstraliyanın S&P/ASX 200 indeksi isə 1.69% dəyər qazanmışdır.
Yapon yeni dollar qarşısında dəyər itirərək 1 dollar = 110.85 yen təşkil edib (ötən həftə bu göstərici 1 dollar = 109.2 yen idi). Avstraliya dolları da qismən azalaraq 1 Avstraliya dolları = 0.7607 dollar mövqedə qərarlaşıb. Hazırda Asiya birjalarında Brent markalı neftin bir barreli 64.4 dollardan satılır, WTI markalı ABŞ nefti isə 60.87 dollara təklif olunur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayterlərindən biridir
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 11 d. əvvəl
-
17 d. əvvəl
Azərbaycanın iri bankı Avropanın qabaqcıl bankı ilə 37 milyon avroluq müqavilə imzaladı
-
28 d. əvvəl
Kopenhagendə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısının açılış mərasimi keçirilir
-
44 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 44 d. əvvəl
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Qlobal bazarlarda son vəziyyət

Əliyev və Paşinyanın görüşü baş tutub

31 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

İlon Maskın sərvəti 500 milyard dolları görüb

Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar

“Bahar” və “Qum-dəniz” yataqları yenidən işlənəcək - SOCAR və SLB şirkəti sənəd imzaladı

AADA sədri "Ekoloji təmiz nəqliyyat vasitələri ilə avtoparkın yenilənməsi" mövzusunda çıxış edib

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı

Rəsmi məzənnələr açıqlandı

Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu

Dövriyyədə olan nağd pul və bank ehtiyatları artıb

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
