Dünya birjalarında qarışıq vəziyyət...
Çin səhmləri yüksəlir, yapon və amerikan birjaları eniş yaşayır.Qlobal və regional bazarlar yeni iş gününə ziddiyyətli göstəricilərlə başlayıb. İlk xəbər Asiyadan gəlib.
Marja xəbər verir ki, Çin Mərkəzi Bankı bir illik əsas kredit faiz dərəcəsini (KFD) və beş illik əsas kredit faiz dərəcələrini müvafiq olaraq 3,85% və 4,65% səviyyəsində saxlayıb. Bu qərar Reutersin daha öncə iqtisadçılar və analitiklər arasında keçirdiyi sorğuda əldə olunan proqnozları doğruldub. Respondentlər faiz dərəcələrinin sabit saxlanacağını ehtimal edirdilər.
Xəbərin ardınca materik Çinində Şanxay birjası 0,29%, Şenzen indeksi isə 0,45% artıb, Hang Seng birjası sabit qalıb. Yapon birjaları isə əksinə, əsas bazarlar arasında ən çox dəyər itirən olub. Belə ki, Nikkei 225 birjasında 2,12%, Topix indeksində 1,64% eniş qeydə alınıb. Avstraliyanın S&P/ASX200 birjası 0,56% azalarkən, Cənubi Koreyanın Kospi indeksi 0,44% dəyər qazanıb. Hindistanın Nifty 50 birja indeksi də 0,75% artım qeydə alıb.
Wall Street-də əksər birjalarda eniş qaçılmaz olub. Dow Jones Industrial Average 123.04 bənd düşərək, 34,078-də qərarlaşıb. S&P 500 birja indeksi 0,53% azalaraq, 4,163 göstəricisi qeydə alıb. Nasdaq Composite isə 0,98% enişlə günü 13,915 ilə yekunlaşdırıb.
Yapon yeni dollar qarşısında qismən dəyər qazanaraq 1 dollar = 108.12 yen təşkil edib (ötən gün bu göstərici 1 dollar = 108.6 yen idi). Avstraliya dolları da qismən artaraq, 1 Avstraliya dolları = 0.774 dollardan 0.7795-ə yüksəlib. Hazırda Asiya birjalarında Brent markalı neftin bir barreli 0,82% yüksələrək, 67.60 dollardan satılır, WTI markalı ABŞ nefti isə 0,84% artaraq, 63.91 dollara təklif olunur.
Müştərilərin xəbərləri
PAŞA Holding-in təşkil etdiyi “INMerge” İnnovasiya Sammiti beynəlxalq tədbirlər seriyasını “INMerge” Berlin ilə yekunlaşdırıb
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 37 d. əvvəl
- 40 d. əvvəl
-
40 d. əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
46 d. əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
51 d. əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
59 d. əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
1 saat əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
-
1 saat əvvəl
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Ən çox oxunanlar
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir
İyulun 2-də gözlənilən hava şəraiti






























