"Unibank"ın törəməsi 2020-ni mənfəətlə başa vurub
Birjanın listinqində olan investisiya şirkəti 30% kapital gəliri qazanıbNizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan "Unicapital İnvestisiya Şirkəti" ASC 2020-ci ili 520 min manat xalis mənfəətlə başa vurub. Şirkətin yaydığı məlumata görə, bu, 2019-cu ilə nisbətən 32,4% çoxdur. Səhmdar Cəmiyyət 2018-ci ildə 300 min manat, 2019-cu ildə isə 393 min manat xalis mənfəət əldə etmişdi.
İnvestisiya şirkətinin aktivləri 2 dəfədən çox artıb.
2020-ci ilin sonuna "Unicapital"ın aktivləri 13 milyon 39 min manat olub ki, bu da 2019-cu il illə müqayisədə 2,2 dəfə artım deməkdir.
Ümümi Kapitala gəlirlilik (ROE) – 30,8%
Şirkətin maliyyə hesabatına görə, ötən il "Unicapital"ın ümumi kapitalı 36,4% artıraraq 1, 9 milyon manatı ötüb. Birjada standart bazarda listinqdə olan, nominal qiyməti 3 manat dəyərində 100 000 ədəd səhmin hər biri üzrə gəlir 5,2 manat təşkil edib. 2020-ci ilin nəticələrinə görə, Unicapital dövlət büdcəsinə 100 min manatdan çox mənfəət vergisi ödəyib.
Qeyd edək ki, Unicapital 2007-ci ildən etibarən yerli və beynəlxalq bazarlarda qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin, törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Qiymətli kağızlar bazarında geniş təcrübəyə malik olan investisiya şirkəti, fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir.
Unicapital İnvestisiya Şirkətinin geniş müştəri bazasına həm fiziki, həm hüquqi şəxslər daxildir. Bazardakı uğurlu təcrübəsinə əsasən, Unicapital Azərbaycan bazarında iştirak etmək istəyən xarici investorlar, həmçinin, beynəlxalq bazarlarda investisiya etmək istəyən fiziki və hüquqi şəxslər üçün etibarlı tərəfdaşdır.
Unicapital hazırda Bakı Fond Birjasının standart listinqinə daxildir. Bu şirkətin şəffaflığının və listinq qaydalarına uyğunluğunun göstəricisidir. Unicapital müştəriləri 1700-dən çox Azərbaycan şirkətinin qiymətli kağızlarına yatırım edərək, gəlir imkanı əldə edir. Həmçinin, Unicapital vasitəsilə 30-dan artıq ölkənin nüfuzlu şirkətlərinin səhmdarı olmaq hər kəs üçün əhəmiyyətli dərəcədə asanlaşır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)






