Azərbaycanın böyük tibb mərkəzi ardıcıl 4 ildir zərər edir
Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxsi 2020-ci ili 6 milyon 724 min manat xalis zərər ilə başa vurub.
Mərkəz 2019-cu ili 6 milyon 381 min manat, 2018-ci ili 6 milyon 578 min manat, 2017-ci ili 4 milyon 834 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il Mərkəzin zərəri artıb.
GƏLİRLƏRİ XƏRCLƏRİNƏ ÇATMIR
“Marja” Mərkəzin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2020-ci ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 15 milyon 495 min manat, cəmi xərcləri isə 22 milyon 219 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Bakı Sağlamlıq Mərkəzinin 6 milyon 724 min manat xalis zərəri yaranıb.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə Bakı Sağlamlıq Mərkəzinin cəmi gəlirləri 9 milyon 884 min manat, cəmi xərcləri isə 16 milyon 265 min manat, 2018-ci ildə isə cəmi gəlirləri 28 milyon 926 min manat, cəmi xərcləri 35 milyon 504 min manat təşkil etmişdi.
KAPİTALI "ƏRİYİB"
Ötən illərin zərəri ilə əlaqədar olaraq Mərkəzin 75 milyon 714 min manat nizamanmə kapitalı 19 milyon 683 min manat azalaraq 56 milyon 30 min manata düşüb.
AKTİVLƏRİ AZALIB
31 Dekabr 2020-ci il tarixində Bakı Sağlamlıq Mərkəzi 56 milyon 330 min manat cəmi aktivlərə malik olub. Mərkəz 2019-cu ilin sonunda 62 milyon 930 min manat cəmi aktivlərə malik idi.
Azərbaycanın ən böyük tibb müəssisələrindən biri olan Bakı Sağlamlıq Mərkəzi 2014-cü ilin Yanvar ayında istifadəyə verilib. Açılış zamanı bildirilmişdi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







