Ən yuxarı (mobil)_30

"Fortis Group" şirkəti 2-ci Qarabağ müharibəsi iştirakçısına yeni - MƏNZİL HƏDİYYƏ ETDİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Fortis Group" şirkəti 2-ci Qarabağ müharibəsi iştirakçısına yeni - MƏNZİL HƏDİYYƏ ETDİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Fortis Group" şirkəti tərəfindən Vətənin ərazi bütövlüyü uğrunda gedən II Qarabağ müharibəsi iştirakçısına yeni mənzil hədiyyə edilib.

Şirkətdən Marja-ya verilən məlumata görə, Ağsu şəhəri, Ərəbmehdibəyli kənd sakini Dəmirov Əkbər və ailəsinə ev hədiyyə olunub. Dəmirovlar ailəsinin yaşadıqları ev yararsız halda olduğu üçün “Fortis Group” tərəfindən Ağsu şəhərində tam əşyalı, yeni ev ilə təmin olunublar.

Dəmirov Əkbər Vətən müharibəsi iştirakçısı olmuşdur.

“Fortis Group”un İdarə Heyətinin sədri Elşad Bayramov sosial layihələrin davamlı olacağını bildirir və digər şirkətləri də sosial layihələrdə aktiv iştirak etməyə dəvət edir.

Qeyd edək ki, “Fortis Group” bundan əvvəl də bir çox sosial layihəni həyata keçirib. Ən böyük sosial layihələrindən biri olan “Fortis Academy”də “Təhsilin inşasına dəstək” devizi altında şəhid, qazi və sosial təminatı zəif olan ailələrin 9,10 və 11-ci sinifdə oxuyan övladları üçün tam ödənişsiz abituriyent hazırlığı keçirilir. Hal-hazırda “Fortis Academy”də 180 nəfərə yaxın şagird təhsil alır.

Fortis Group Dəmirov Əkbər Elşad Bayramov Fortis Academy Qarabağ müharibə
06.05.2021 08:30
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18