“İnvest-AZ”ın xalis mənfəəti 2 dəfə artıb
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2020-ci ili 1 milyon 135 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 556 min manat xalis mənfəət ilə bağalmışdı. Beləliklə, ötən il “İnvest-AZ”ın xalis mənfəəti 2 dəfədən çox artıb.
Marja Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin cəmi gəlirləri 218 min manat artaraq 3 milyon 948 min manat təşkil edib. Şirkət 2019-cu ildə 3 milyon 730 min manat cəmi gəlirlər əldə etmişdi.
Şirkətin marja ticarətindən (forex) xalis gəlirləri 2,5 dəfə artaraq 3 milyon 373 min manat təşkil edib. "İnvest-AZ" 2019-cu ildə marja ticarətindən 1 milyon 360 min manat gəlir əldə etmişdi. Şirkətin cəmi gəlirlərinin 85%-ni marja ticarətindən gəlirlər təşkil edib.
2019-cu illə müqayisədə 2020-ci ildə “İnvest-AZ İnvestisiya Şirkəti”nin haqq və komissiya xərcləri 2,5 dəfə və ya 670 min manat azalaraq 461 min manata geriləyib. Həm gəlirlərin artması, həm də xərclərin azalması xalis mənfəətin daha yüksək olmasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 26 d. əvvəl
- 26 d. əvvəl
- 29 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
-
2 saat əvvəl
SOCAR data mərkəzləri və süni intellekt sahələrinə investisiya yatırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)






