"Neftin qiyməti 70 dollara yaxınlaşdıqdan sonra düşməyə davam edə bilər"
6 may hərracında Brent markalı neftin qiyməti 70 dollar səviyyəsiə yaxınlaşsa da bu qiyməti aşa bilmədi. ABŞ-da neft ehtiyatlarının azalmasına dair məlumatlara baxmayaraq, neft qiymətləri 68 dollar/ barel səviyyələrinədək düşüb.
Marja xəbər verir ki, Fitch beynəlxalq reytinq agentliyinin təbii ehtiyatlar və mallar qrupunun baş direktoru Dmitri Marinçenko bildirib ki, korreksiya tendensiyası bədbin bazar gözləntiləri fonunda davam edə bilər.
Marinçenko, Brent üçün üç illik fyuçers müqavilələrinin (2024-2025-ci ilədək bitmə müddəti ilə) onsuz da bir barel üçün 60 dollardan biraz aşağı ticarət olunduğunu söyləyib.
Buna baxmayaraq, qiymətlər indiyə qədər yüksək səviyyədə qalmaqdadır və bu, bazarda tədarükün bir qədər az olması ilə izah olunur. İlin ikinci yarısında bazar bu və ya digər istiqamətdə dəyişə bilər.
"Yəqin ki, peyvənd proqramları öz bəhrəsini verdikcə dünyada neftə olan tələb bərpa olmağa davam edəcək, lakin OPEC + eyni zamanda istehsalını daha güclü bir templə artıracaq",- Marinçenko deyib. Onun sözlərinə görə, qiymət 50-60 dollara qədər düşə bilər.
Çərşənbə günü, neft qiymətləri, ABŞ-dakı kommersiya neft ehtiyatlarının həcminin fevral ayından bəri ən aşağı səviyyəyə endiyinə görə, ABŞ-dan alınan məlumatlarla dəstəkləndi. Ehtiyatlarda azalma analitiklərin gözləntilərindən çox idi. Eyni zamanda, Hindistanda koronavirusa yoluxmada rekord bazarda qeyri-müəyyənliyi artırır. Hindistan bazarı dünyanın üçüncü böyük neft idxalçısıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım




























