Çex şirkətləri ilə nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib
Mayın 7-də Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının məhsullarının təqdimatına dair videokonfrans keçirilib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun yaydığı məlumata görə, Çexiyanın Nanotexnologiyalar Assosiasiyasının rəhbəri Jiri Kus qurumun əsas fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, Assosiasiyanın yaradılmasında əsas məqsəd tekstil sənayesi, biotexnologiya, optik və nanotexnologiya sahələrində fəaliyyət göstərən çex şirkətlərini bir araya gətirmək, həmin şirkətlərin tədqiqatlarını təqdim etmək, həmçinin tədqiqat və ticarət sahələri arasında əməkdaşlığın qurulmasına dəstək göstərməkdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev rəhbərlik etdiyi qurumun fəaliyyəti, Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, Çexiyanın Nanotexnologiyalar Assosiasiyası ilə əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə Nanotexnologiyalar Assosiasiyasının “Ağıllı şəhər”lər üçün tətbiq olunan nümunələri nümayiş olunub.
“ChezTrade”in Bakı ofisinin direktoru Pavel Zelenka çex iş adamlarının Azərbaycanın biznes mühitinə marağı və azərbaycanlı həmkarları ilə əməkdaşlıq potensialı barədə fikirlərini bölüşüb.
Videokonfransda AZPROMO və Çexiyanın Nanotexnologiyalar Assosiasiyası arasında əməkdaşlıq məsələləri müzakirələr edilib.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
3 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
4 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"























