Bitcoin hesabına rekord mənfəət - 24 dəfə artım!
Kriptovalyuta birjası cəmi bir ilə sürətlə böyüyüb.ABŞ-ın ən iri kriptovalyuta birjası Coinbase cari ilin biri nci rübünə dair nəticələri açıqlayıb.
Marja xəbər verir ki, ötən ilin müvafiq dövründə 191 milyon dollar, 2020-ci ilin son rübündə isə 585 milyon dollar gəlir əldə edən şirkət gəlirlərini kifayət qədər artıraraq, 1,80 milyard dollara çatdırıb. Xalis mənfəət (771 milyon dollar) isə rekord göstəriciyə çatıb - əvvəlki rüblə müqayisədə dörd dəfə, son bir ilə nisbətən isə 24 dəfə artıb.
Əsas kriptovalyutalardan olan Bitcoin və Etherin fantastik həddə bahalaşması Coinbase-i hərtərəfli qazanclı çıxarıb. Coinbase gəlirinin təxminən 94%-ni kriptovalyuta ticarəti və tranzaksiyalardan əldə edib. Təsdiqlənmiş istifadəçi sayı 56 miyon olan birjada ticarət edənlərin sayı durmadan artır və təkcə son rübdə 2,8 milyon nəfərdən 6,1 milyona yüksəlib.
Şirkət bir neçə həftədən sonra zarafatla yaradılmış kriptovalyuta - Dogecoinin də ticarətinə başlayacağını bildirib.
Xatırladaq ki, ötən ay Nasdaq birjasında birbaşa linstinqə çıxan Coinbase 100 milyard dollarlıq bazar dəyərini keçmişdi. Bu isə General Motors (81 milyard dollar), Gazprom (75 milyard dollar) və Lukoyl (56 milyard dollar) kimi köklü şirkətlərin bazar dəyərindən çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
-
42 d. əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
2 saat əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Bakıda 3 dərəcə şaxta olacaq
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
Ən çox oxunanlar
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib



























