"20 min əhalinin şəhərlə əlaqəsi, ümumiyyətlə, kəsilmişdi"
"İndi 6-8 dəqiqəyə rayonun mərkəzindədirlər. Amma əvvəl 35 kilometr yol qət edirdilər".Qəbələ rayonunda 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini rayon mərkəzindən və digər yaşayış məntəqələrindən ayıran, Bum-Tikanlı-Abrıx avtomobil yolunun 2-ci kilometrliyində Bum çayı üzərində yeni körpü və Bum qəsəbəsinə gedən 2 kilometrlik avtomobil yolu bərpadan sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Dövlətimizin başçısına yeni körpünün və yolun texniki göstəriciləri barədə məlumat verilib.
Qeyd edək ki, Bum çayı üzərində yeni körpü və yol Qəbələ rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq inşa edilib. Uzunluğu 310, eni 9 metr olan körpü sürücülərin və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayır.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev: Cənab Prezident, icazə verin, bu körpünün tikilməsi ilə bağlı o tərəfdəki 11 kənddə yaşayan 20 min əhali adından Sizə minnətdarlığımı bildirim.
Prezident İlham Əliyev: Onların şəhərlə əlaqəsi necə idi?
Səbuhi Abdullayev: Bu 20 min əhalinin əlaqəsi, ümumiyyətlə, kəsilmişdi.
Prezident İlham Əliyev: Necə gəlirdilər, çayın üstündən keçirdilər?
Səbuhi Abdullayev: Bu çayın yatağının eni 703 metrdir. Bu, bizim ən təhlükəli dağ çaylarından biridir və sululuq burada həddindən çox olur.
Prezident İlham Əliyev: Nə vaxt, payız və qış aylarında?
Səbuhi Abdullayev: Bəli. Biz bu suyu borulara yönləndirirdik, insanlar gedirdilər. Bir güclü yağış yağanda yuyub aparırdı. İnsanlar rayon mərkəzinə gəlməkdən ötrü 30-35 kilometr məsafə qət edirdilər.
Bu layihənin icrası əhalinin məşğulluğunun təmin edilməsində və rayon mərkəzi ilə əlaqəsində mühüm rol oynayır.
Səbuhi Abdullayev: Cənab Prezident, Siz o vaxt - 2011-ci ildə Olimpiya Kompleksinin açılışında göstəriş verdiniz ki, biz şəhəri bu tərəfə istiqamətləndirək.
Prezident İlham Əliyev: Bəli, şəhərsalma ilə bağlı.
Səbuhi Abdullayev: Ondan sonra biz bu tərəfdə Peşə Təhsili Mərkəzi, 1 saylı uşaq bağçası, yanğınsöndürmə məntəqəsi inşa etdik. İndi isə Sizin müvafiq Sərəncamınızla 5 hektar ərazidə 160 çarpayılıq xəstəxana tikilir.
Prezident İlham Əliyev: Tikilən xəstəxanadır?
Səbuhi Abdullayev: Bəli, xəstəxana kompleksi tikilir. Artıq bu insanlar işlə təmin olunurlar.
Prezident İlham Əliyev: Şəhər bu tərəfə genişlənir. Artıq gediş-gəliş var. İşə cəlb olunurlar.
Səbuhi Abdullayev: 6-8 dəqiqəyə rayonun mərkəzindədirlər. Amma əvvəl 35 kilometr yol qət edirdilər. Qış aylarında buradan gediş-gəliş yox idi. Ona görə bu əhali Sizə həmişə minnətdardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)






