Neft-qaz istehsalçılarına yeni tələb: BU İLDƏN BÜTÜN YENİ LAYİHƏLƏRİ DAYANDIRIN!
Hədəf 2050-ci ilə qədər emissiyaları sıfıra endirməkdir.Beynəlxalq Enerji Agentliyinin (IEA) yeni hesabatında kifayət qədər radikal öhdəliklər qoyulub.
Marja xəbər verir ki, bugün dərc edilən hesabatda sürətlə artan qlobal istiləşməni dayandırmaq və emissiyaları 2050-ci ilə qədər sıfırlamaq üçün enerji şirkətləri bütün yeni neft və qaz layihələrini elə bu ildən dayandırmalıdır. Bu isə o deməkdir ki, 2050-ci ilə qədər həm də heç bir yeni hasilat layihəsi həyata keçirilməməlidir. 1974-cü ildə yaradılan beynəlxalq qurumun ilk dəfə ifadə olunan belə radikal mövqeləri ekspertləri təəccübləndirib.
Hesabat həmçinin hazırda az karbonlu və ya tamamilə karbonsuz texnologiyalara yatırılan illik 2 trilyon dollarlıq investisiyaların 2030-cu ilə qədər ildə 5 trilyon dollara çatdırılmalı olduğunu bildirib. “Biz investisiyalarda tarixi artıma ehtiyac duyuruq. Bu sərmayələr qlobal miqyasda ÜDM-i 0,4% artıracaqdır” - agentliyin rəhbəri Fatih Birol bildirib. IEA-nın proqnozları hazırda qlobal enerji təchizatının beşdə dördünü təşkil edən ənənəvi yanacaq növlərinin 2050-ci ilə qədər azalaraq, cəmi 1/5 hissə təşkil etməli olduğunu proqnozlaşdırır. Günəş enerjisi həmin dövrdə qlobal tələbatın 20%-ni ödəyərək, ən böyük yenilənən enerji mənbəyinə çevriləcək.
Hesabatda maraqlı məqamlardan biri mövcud neft və qaz layihələrinə investisiya yatırılmasının müəyyən müddət davam etdirilməsi barədə tövsiyədir. Hazırda qlobal hasilatda 37% təşkil edən OPEC üzvlərinin payının 2050-ci ilə qədər 52%-ə qədər artacağı da proqnozlaşdırılır.
Beynəlxalq Enerji Agentliyinin hesabatları tövsiyə və ya məcburi icra xarakteri daşımasa da, bir çox iri dövlətlər və təşkilatlar ona enerji siyasətində əsas istinad nöqtəsi kimi yanaşır. Bugünkü hesabatda qeyd olunan məqamlara dair qlobal enerji şirkətlərinin mövqeyi də maraqlı olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 22 d. əvvəl
-
-
38 d. əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
-
2 saat əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Ən çox oxunanlar
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
Yanvarın 20-də gözlənilən hava şəraiti


























