SOCAR-ın nəhəng layihəsi üzrə imzalar atıldı
Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər - bir yol” strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forum keçirilib. .
Forum çərçivəsində Azərbaycan və Çin arasında "SOCAR GPC" layihəsinə dair Anlaşma Memorandumu imzalanıb.
Sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Çin Milli Neft Korporasiyasının (CNPC) sədri Vanq Yilin və Çin İnkişaf Bankının (CDB) sədri Hu Huaybanq imza atıb.
Qeyd edək ki, tədbirdə 29 ölkənin dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, səhmdarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.
Xatırladaq ki, bir müddət əvvəl SOCAR Polymer" şirkətinin maliyyə direktoru Fuad Əhmədov bildirmişdi ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Çinin CNPC şirkəti ilə SOCAR GPC layihəsinin tikintisinin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır.
Onun sözlərinə görə, layihə ilə bağlı yekun investisiya qərarının 2018-ci ilin əvvəlinədək qəbul olunması planlaşdırılır.
Tikintinin 4 il - 2022-ci ilədək davam etməsi nəzərdə tutulub.
SOCAR-ın törəmə müəssisəsi “SOCAR GPC”nin məlumatında deyilir ki, qaz emalı və neft-kimya kompleksi Qaradağ rayonu ərazisində inşa ediləcək. Kompleks qaz emalı və neft-kimya zavodlarından ibarət olacaq. Qaz emalı zavodunun illik gücü 10 milyard kubmetr həcmində nəzərdə tutulub. Neft-kimya zavodu isə buxar krekinq, polimerizasiya bloku və digər qurğulardan ibarət olacaq. Zavodda ildə təxminən 600 min ton polietilen və 120 min ton propilen istehsalı nəzərdə tutulur. Propilen xam maddəsi polipropilen istehsalı üçün Sumqayıtda yerləşən “SOCAR Polymer”ə çatdırılacaq. Zavodda, həmçinin ildə 570 min ton etilen istehsalı da planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)






