Azərbaycanda yeni sanatoriya kompleksi açıldı
Naftalan şəhərində “Gold Naftalan” sanatoriya kompleksinin açılışı olub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyənin AK Parti Esenyurt İlçe Başkanı Harun Özer, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları kompleksdə yaradılan şəraitlə, turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.
İcra başçısı Sanatoriya kompleksinin rəhbərliyini təbrik edərək bildirib ki, hazırda Naftalanda 3-ü beş ulduzlu olmaqla 13 istirahət və müalicə mərkəzi fəaliyyət göstərir.
Sanatoriya kompleksinin rəhbəri Elbrus Nəsirov tərəfindən qonaqlara otel infrastrukturu və burada göstəriləcək xidmətlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, sahəsi 1 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Mini futbol meydançası, Açıq və Qapalı üzmə hovuzu, istirahətə gələnlərə unudulmaz anlar bəxş edəcəkdir. Həmçinin Sanatoriya kompleksində Himalay dağlarından gətirilmiş xüsusi daşlardan ibarət duz otağı da mövcuddur.
Diqqətə çatdırıldı ki, beşmərtəbəli bu binada 288 yerlik olmaqla bütün zəruri avadanlıqla təchiz olunmuş 145 otaq var. SPA terapiya üsullarına geniş yer verilən kompleksdə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verəcək.
Digər mühüm cəhət burada işə götürülənlərin bir qismi Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvlərinin olmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 28 d. əvvəl
-
- 37 d. əvvəl
- 44 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
-
1 saat əvvəl
Milli Oftalmologiya Mərkəzi gələn il büdcədən 9 milyon manat alacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Elektrik ötürücü xətlərin və qaz kəmərinin tikintisini müzakirə etmişik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Ən çox oxunanlar
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq
Noyabrın 15-də gözlənilən hava şəraiti
Əhalinin bir nəfəri orta hesabla ayda 513,8 manatlıq mallar alıb
Azərbaycanda orta maaş 6,1 manat aşağı düşüb
"İdeal Kredit"in borclanması üçün hərrac keçiriləcək - borcverənlərə illik 14% ödəyəcək












.jpg)







.jpg)




