Hər gecikdirilən peyvənd dozasına görə 10 avro cərimə!
Avropa İttifaqı AstraZeneca-ya xəbərdarlıq etdi. Rəsmi Brüssel hər gecikdirilən peyvənd dozasına görə 10 avro cərimə qoymaq istəyir. Ya vaksinləri gətir, ya da milyardlar ödə!Avropa İttifaqı koronavirus pandemiyasına qarşı mübarizədə daha sərt tədbirlər görmək niyyətindədir. COVID-19 peyvəndlərinin təchizatı ilə bağlı məsələ də xüsusi diqqət mərkəzindədir.
Marja xəbər verir ki, qurum əsas təchizatçı olan AstraZeneca qarşısında iyunun sonuna qədər əlavə olaraq 20 milyon doza peyvənd gətirilməsi tələbini qoyub. Brüssel məhkəməsinə təqdim olunmuş rəsmi iddia sənədində AstraZeneca öhdəliyini yerinə yetirmədiyi təqdirdə, bir peyvənd üçün hər gecikdirilən günə görə 10 avro cərimə tətbiq edilməsi nəzərdə tutulur.
Bu tələb Avropa İttifaqının AstraZeneca-nı ilin ikinci rübündə nəzərdə tutulan 70 milyon doza əvəzinə 90 milyon peyvənd təchiz etməyə məcbur etmək məqsədilə qaldırdığı məhkəmə iddiasının tərkib hissəsidir. Şirkətin hüquqşünasları isə AstraZenecanın “indiyə qədərki müqavilə öhdəliklərini yerinə yetirmək üçün bütün səyləri göstərdiyini və məhkəmə iddiasını mübahisələndirəcəklərini” qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
-
4 saat əvvəl
Taxıl biçini davam edir, sahələrdən 1 milyon 619 min ton məhsul yığılıb
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
NYT: Oman ABŞ-a Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib
-
6 saat əvvəl
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
-
7 saat əvvəl
Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib
-
8 saat əvvəl
Yeni tekstil müəssisəsi istifadəyə verilib, 100-ə yaxın daimi iş yeri yaradılıb
-
8 saat əvvəl
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Pekin sərgisinin diqqət mərkəzində olan avtomobil artıq Bakıdadır - İLK DƏFƏ TƏQDİM OLUNDU, QİYMƏTİ
"PAŞA Həyat Sığorta"nın dəstəyi ilə Ankara şəhərində növbəti kitab təqdimatı keçirilib
Ən çox oxunanlar
“Sizin Lombard” 50-dən çox filial ilə xidmətinizdə!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Ələt azad iqtisadi zonasında istehsal olunan məhsulların ixracına görə güzəşt tətbiq olunacaq
ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanı yaradılır
Azərbaycanda uçot dərəcəsinin 2028-ci ilə qədər dəyişməz qalacağını proqnozlaşdırır
77, 91, 214 və 214A nömrəli marşrutlar üzrə avtobuslar dəyişdirilir






















