Ərdoğanın faiz açıqlamasından sonra Türk Lirəsi "kəlləmayallaq gedib"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımlanan müsahibəsində, "Bu gün Mərkəzi Bankın sədrilə danışmışam. Faizləri aşağı salmağımız şərt, faiz yükünü azaltmağımız lazımdır" sözlərinin ardından dollar/TL məzənnəsi kəskin yüksəlib (Türk Lirəsi ucuzlaşıb). Ərdoğan, faizlərin endirilməyə başlanması üçün iyul-avqust aylarına işarə edib.Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TRT-yə müsahibə verib.
Marja xəbər verir ki, Ərdoğan müsahibəsində, Mərkəzi Bankın sədri ilə danışdığını, faizin aşağı salınmasının şərt olduğunu söyləyib.
Ərdoğan faizlərlə əlaqədar olaraq, "Bizim faizləri aşağı salmamız şərtdir, onun üçün də iyul-avqustdan faiz düşməyə başlamalıdır. Çünki faiz yükünü sərmayələrin, xərclərin üzərindən qaldırsaq, xərc inflyasiyasını tətikləyən faiz olduğu üçün, orada da bir rahatlama dövrünə girmiş olacağıq",- deyib
Ərdoğanın şərhlərinin ardından dollar/TL məzənnəsi bütün zamanların ən yüksək səviyyəsini - 8.8008 Türk lirəsini görüb.
Bakı vaxtı ilə saat 07:37-də 1 Dollar 8.64 Türk Lirəsi səviyyələrində olub.
Dünən Dollar/TL məzənnəsi 8.48 səviyyələrinədək geriləmişdi. Ərdoğanın açıqlaması Türk Lirəsinin 4%-ə yaxın dəyərdən düşməsinə səbəb olub.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə, faiz səbəb, inflyasiya nəticədir - faizlər yüksəldikdə inflyasiya artır. Ərdoğanın nəzəriyyəsinə görə, ölkədə inflyasiyanın yüksək olduğiu bir vəziyyətdə Türkiyə Mərkəzi Bankı faiz endirməlidir. Mütəxəssislər bu yanaşmanın səhv olduğunu qeyd edərək, "inflyasiyanın səbəb, faizin nəticə" olduğunu bildirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 Martda sərt pul siyasəti mənimsəmiş Mərkəzi Bankın sədrini gözlənilməz bir şəkildə vəzifədən azad etməsi Türk Lirəsinin 13% dəyərdən düşməsinə səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
8 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 16 d. əvvəl
-
40 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























