Qlobal investisiya bankı neft qiyməti proqnozlarını yüksəltdi
Qlobal investisiya bankı Morgan Stanley-in bu gün nəşr etdiyi hesabatından, neft qiymətləri üzrə qısa və uzunmüddətli proqnozlarını dəyişdiyi məlum olub.
Marja xəbər verir ki, Brent nefti üçün 2021-ci ilin 4-cü rübü üzrə proqnozunu 65 dollar/barreldən 67,5 dollar/barrelə yüksəldən Morgan Stanley, 2022-nin ilk yarısı üçün proqnozunu da 60 dollar/barreldən 65 dollar/barrelə yüksəldib. Morgan Stanley, 2022-ci ilin ikinci yarısı üçün daha əvvəl 55 dollar/barrel olaraq açıqladığı təxminini də 65 dollar/barrel olaraq yeniləyib.
Bank Brent neft üçün uzunmüddətli qiymət proqnozunu da 50 dollar/barreldən 60 dollar/barrel revizə edib.
Qərbi Texas nefti üçün də proqnozlarında dəyişiklik edən Morgan Stanley, 2021-ci ilin 4-cü rübü üzrə proqnozunu 62,5 dollar/barreldən 65 dollar/barrelə, 2022-nin ilk yarısı üçün proqnozunu 57,5 dollar/barreldən 62,5 dollar/barrelə və 2022-ci ilin ikinci yarısı üçün daha əvvəl 52,5 dollar/barrel olaraq açıqladığı proqnozunu da 62,5 dollar/barrelə yüksəldib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
9 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 17 d. əvvəl
-
41 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir



























