Türkiyənin xarici ticarətində kəsir 4,1 milyard dollara yüksəlib
Türkiyə Ticarət Nazirliyi, may ayında ixracın ötən ilin may ayı ilə müqayisədə 65,5% artımla 16,5 milyard dollar təşkil etdiyini açıqlayıb. Güclü artım keçən ilin may ayında pandemiyanın yaratdığı geriləmədən qaynaqlanır. May ayında xarici ticarət kəsiri 4,2 milyard dollar səviyyəsinə yüksəlib.
Marja xəbər verir ki, may ayında ixrac 16,5 milyard dollar olarkən, idxal isə 50,4% artımla 20,6 milyard dollar təşkil edib. Beləliklə, may ayında xarici ticarət kəsiri 4,2 milyard dollar təşkil edib. Keçən ilin may ayında xarici ticarət kəsiri 3,4 milyard dollar ikən, pandemiyadan əvvəl - 2019-cu ilin may ayında xarici ticarət kəsiri 1,8 milyard dollar səviyyəsində idi.
İlk beş ayda ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 38,3% artımla 85,2 milyard dollar səviyyəsinə yüksəlib.
Son 12 ayda Türkiyənin ixracı 193 milyard 267 milyon dollar, idxalı isə 240 milyard 379 milyon dollar olub. 193.3 milyard dollar bu günə qədər ən yüksək 12 aylıq ixracdır.
İxracatın idxalı qarşılaması nisbəti 80%-ə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
8 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 16 d. əvvəl
-
40 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir





























