"Livan iqtisadi böhranı 19-cu əsrdən bəri yaşanan ilk 3 böhran arasında yer ala bilər"
Dünya Bankı, "Livan batır" başlığı ilə bir hesabat yayıb. Hesabatda, Livandakı mövcud iqtisadi vəziyyətin, 19-cu əsrin ortalarından bu yana dünyada yaşanan ən ağır böhranlar arasında ehtimalla ilk 10-da, hətta ilk 3-də yer ala biləcəyi qeyd edilib.Dünya Bankı, 2019-cu ilin Oktyabr ayında başlamış və 4 Avqust 2020-də Beyrut Limanında baş vermiş partlayışla daha da dərinləşən iqtisadi böhrana bağlı "Livan batır" başlığı ilə bir hesabat yayıb.
Marja xəbər verir ki, hesabatda, 1,5 ildən daha uzun bir müddətdir Livanın, iqtisadi böhran, yeni növ koronavirus (Kovid-19) və Beyrut Limanındakı partlayış kimi böyük çətinliklərlə qarşı-qarşıya qaldığı qeyd edilib. Hesabatda, "Livandakı mövcud iqtisadi vəziyyət, 19-cu əsrin ortalarından bu yana dünyada yaşanan ən ağır böhranlar arasında ehtimalla ilk 10-da, hətta ilk 3-də yer ala bilər" deyilir.
Livan hökumətinin bu çətinliklərə qarşı reaksiyasının qeyri-kafi olduğu qeyd edilən hesabatda, bunun siyasi razılaşma olmaması və iqtisadi sistemin qorunmasından qaynaqlandığı vurğulanıb.
Tarixi uzun vətəndaş müharibəsi və qarşıdurmalar ilə dolu olan Livan, şiddət, qarşıdurma və kövrəkliklərə şahid olan ölkələr arasında yer alır. Hesabatda, ölkədə ictimai narahatlığın arta biləcəyi xəbərdarlığı edilib.
Hesabatda qeyd edilib ki, ölkədə ümumi daxili məhsul (ÜDM) 2019-cu ildə 6,7%, 2020-ci ildə 20,3% azalıb, ÜDM 2018-də 55 milyard dollar ikən, 2020-də 33 milyard dollara geriləyib, adam başına düşən ÜDM 40% azalıb.
Valyuta məzənnəsindəki çöküşün inflyasiyanın yüksəlməsinə səbəb olduğu qeyd edilən hesabatda, ölkədə ÜDM-in 2021-ci ildə 9,5% azalmasının gözlənildiyi vurğulanıb.
Ehtimalla əhalinin yarısından çoxunun yoxsulluq sərhədinin altında yaşadığına diqqət çəkilən hesabatda, maaşları Livan lirəsində ödənən işçilərin əksəriyyətinin, satınalma gücündəki azalmadan əziyyət çəkdiyi qeyd edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
47 d. əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
51 d. əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib

















.jpg)


