Yelo Bank bahalı borc alıb, ucuz borc verir - SİYASƏTİ RİSKLİ OLA BİLƏR
Yelo Bank daha yüksək faizlər ilə borc almağa (əmanət cəlb etməyə) başladığı bir dövrdə daha aşağı faizlər ilə kredit təklif etməyə başlayıb. Belə bir siyasət Bankın faiz xərclərinin artmasına, eyni zamanda gəlirlərinin azalmasına səbəb ola bilər.Yelo Bank bahalı borc alıb ucuz borc vermək siyasətinin tətbiqinə başlayıb.
Marja-nın məlumatına görə, Azərbaycanın bir çox güclü banklarında əmənət faizləri 6-8% civarında olduğu halda, Yelo Bank bu ilin May ayının ortalarından əmanət məhsulu üzrə daha yüksək faizlər təklif edir. Belə ki, AZN-də Yelo Yığım əmanətinin faizi - gəlir aylıq ödənildikdə 11%, müddətin sonunda ödənildikdə isə 11,5% təşkil edir.
Digər tərəfdən Yelo Bank Mayın sonundan 30 min manatadək nağd pul kreditini daha aşağı - 14.9%-dən təklif etməyə başladığını açıqlayıb. Halbuki, əhalidən əmanəti 6-8%-lə cəlb edən banklar nağd pul kreditini illik 17%-dən başlayan faizlər ilə təklif edirlər.
Ötən bir neçə ildə zərər etmiş, bu ilin ilk rübündə xalis mənfəətə çıxmış Yelo Bank nisbətən riskli siyasətin tətbiqinə başlamış ola bilər. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun, o cümlədən Yelo Bankın bu ilin 1-ci rübündəki faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub. Lakin May ayından əmanət faizlərinin artırılması Bankın faiz xərclərinin yüksəlməsinə səbəb ola bilər. Faizi azaldılan kreditlər üzrə proqnozlaşdırılan satış reallaşmasa, artan xərclər bankın əməliyyat mənfəətinə, o cümlədən xalis mənfəətinə azaldıcı təsir edə bilər.
Yelo Bank böyük məbləğdə kapitala da malik deyil ki, öz vəsaitləri hesabına geniş şəkildə ucuz kreditlət təklif edə bilsin. Ötən illər yığılmış zərərə görə Bankın səhmdarlarının 378 milyon manat sərmayəsinin 325 milyon manatı "əriyib". 31 Mart 2021-ci il tarixində Yelo Bank 59 milyon 392 min manat məcmu kapitala malik olub ki, bu da Mərkəzi Bankın minimal tələbindən (50 milyon manat) az məbləğdə yüksəkdir.
Tarix göstərir ki, indiyədək Azərbaycanda lisenziyası ləğv edilmiş (bağlanmış) bankların bir çoxu (Amrahbank, AtaBank, NBC Bank, AG Bank və s..) vaxtilə yüksək faizlər ilə əmanət cəlb edən banklar idilər. Risk və faiz arasında düz mütənasib şəkildə əlaqə var. Belə ki, risk yüksək olan yerdə faiz də artır. Etibarı az, riskləri yüksək olan maliyyə qurumları daha yüksək faizlər ilə əhalidən və investorlardan borc almaq məcburiyyətində qalırlar. Etibarlı, böyük məbləğdə kapitalı, sağlam portfeli və geniş gəlir mənbələri olan banklar isə əksinə, daha aşağı faizlər ilə borclanırlar.
Həmçinin oxu
“Yelo Bank” necə zərərdən çıxıb?Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
29 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
-
58 d. əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
-
3 saat əvvəl
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
-
3 saat əvvəl
Unibank maliyyə vəziyyətini açıqladı - AKTİVLƏRİ 2 MİLYARD MANATI KEÇİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın naziri İsrailin aparıcı heyvandarlıq müəssisələri və süd emalı zavodlarının fəaliyyəti ilə tanış olub





















