Dünyanın ən böyük neft şirkəti ilk dəfə dollarda sukuk buraxmağa hazırlaşır
Dünyanın ən böyük neft şirkəti olan "Saudi Aramco", söz verdiyi 75 milyard dollarlıq dividend ödəməsini reallaşdıra bilmək üçün dollarda sukuk emissiya etməyə hazırlaşır. Sukuk - bir sıra islam ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalentidir.
Marja xəbər verir ki, "Saudi Aramco" ilk sukuk emissiyası üçün Citigroup və Goldman Sachsın da aralarında olduğu banklara səlahiyyət verib.
Dövlətin nəzarət etdiyi şirkət üç, beş və on il müddətli 3 sukuk ixrac edəcək. "Saudi Aramco" cəlb edəcəyi vəsait ilə keçən il söz verdiyi 75 milyard dollarlıq dividendin ödənilməsini reallaşdıracaq.
Səudiyyə Ərəbistanının ən böyük gəlir qaynağı olan neft 2021-ci ilin əvvəlindən bu yana 40%-dən çox bahalaşaraq 70 dolları keçib. "Saudi Aramco"nun ilk rübdə gəliri artıb.
Sukuku əldə edən sərmayəçi faizsiz sabit gəlir əldə edir. Sərmayəçi şirkətin və ya dövlətin sukuk sertifikatında göstərilən nisbətlər çərçivəsində bir aktivə sahib və ya ondan faydalanmaq hüququna malik olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir

























