Pandemiyaya baxmayaraq, dünyada milyonçuların sayı 5 milyon nəfərdən çox artıb
20 il ərzində qlobal sərvət 3 dəfə çoxalıb....İsveçrənin qocaman bankı, dünyanın 9 ən iri investisiya banklarından biri olan Credit Suisse “Qlobal Sərvət Hesabatı 2020” adlı araşdırmasının yenilənmiş versiyasını dərc edib.
Marja xəbər verir ki, hesabata əsasən, son 20 ildə ev təsərrüfatlarının qlobal sərvəti 3 dəfədən çox artıb. Belə ki, 2000-ci ildə 118 trilyon dollar təşkil edən var-dövlət 2020-ci ildə 399 trilyon dollara çatıb.
Təkcə ötən il dünyada yeni milyonçuların sayı 5,2 milyon nəfər olmaqla, bütövlükdə 1 milyon dollardan artıq sərvətə malik şəxslərin sayı 56 milyon nəfəri keçib. Onların toplam sərvəti 173 trilyon dollardan artıqdır. Hazırda dünyada var-dövləti 100 min dollarla 1 milyon dollar arasında olan şəxslərin sayı isə 590 milyon nəfərdir və onların sərvətinin dəyəri 162 trilyon dollara yaxındır.
Var-dövləti 10 min dollarla 100 min dollar arasında olan şəxslərin sayı isə 2000-ci ildə 507 milyon nəfər idisə, 2020-ci ilin ortalarında bu rəqəm 1,7 milyard nəfərə çatıb. Bu şəxslər 58 trilyon dollardan artıq varidata sahibdirlər.
Dünyada ən çox milyarder ABŞ-dadır - 358 nəfər. Daha sonrakı yerlərdə Çin (142), Almaniya (66), Rusiya (43), Honkonq (39) və Hindistan (39) gəlir. Ən çox milyonçunun yaşadığı ilk 3 ölkə isə ABŞ (20 milyon nəfərdən artıq), Çin (5,8 milyon nəfər) və Yaponiyadır (3,3 milyon nəfər). Adambaşına orta hesabla 600 min dollar sərvətlə isə İsveçrə ən varlı ölkədir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 14 saat sonra
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb



















