Dünyanın ən varlı milyarderlərindən biri sərvətindən 4 milyard dollar bağışlayır
Qocaman biznesmen sərvətinin 99%-ni xeyriyyə məqsədilə sərf edəcəyini bildirir...Forbesin qlobal milyaderlər siyahısındakı 7-ci ən varlı şəxs, Berkshire Hathaway holdinqinin qocaman rəhbəri 90 yaşlı Uorren Baffet bu ilki xeyriyyə marafonunda beş fonda toplam 4,1 milyard dollar bağışlayacağını bildirib.
Marja xəbər verir ki, Baffet rəhbərlik etdiyi holdinqdəki səhmlərinin bir hissəsini neçə illərdir olduğu kimi, bu il də xeyriyyəçiliklə məşğul olan Bill və Melinda Qeyts Fonduna, Suzan Tomson Baffet Fonduna, Şervud Fonduna, Hovard G. Baffet Fonduna və NoVo Fonduna ayırıb.
“Bugün mənim üçün çox əlamətdar bir gündür. 16 il öncə sərvətimin 99%-ni təşkil edən Berkshire Hathaway şirkətindəki səhmlərimin hamısını xeyriyyə fəaliyyətlərinə ayıracağımı bildirmişdim. Bugünkü 4,1 milyardla da həmin yolun yarısını qət etmişik.” - Baffet bildirib. O, indiyə qədər bağışladığı səhmlərin dəyərinin 41 milyard dollardan çox olduğunu vurğulayıb.
Xatırladaq ki, ABŞ mətbuatı Baffetin 39% A sinifli səhmlə Berkshire holdinqinin ən iri payçısı olduğunu yazır. Şirkətin səhmləri bu ilin əvvəlindən 20%-dən çox bahalaşıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















