Rusiyadakı üç ən varlı milyarder yarım saat ərzində 2,5 milyard dollar yoxsullaşıb
Cümə axşamı Moskva birjasında metallurgiya şirkətlərinin səhmləri ucuzlaşdı və bu proses Forbes-in Rusiya milyaderləri siyahısında ilk üçlüyə sahib olanların varidatını vurdu.Rusiya hökumətinin qara və əlvan metalların ixracına rüsumlar tətbiq etmək qərarı açıqladıqdan sonrakı yarım saat ərzində "Severstal", NLMK və "Norilsk Nikel" şirkətlərinin bazar dəyəri 332 milyard rubl azalıb.
Marja xəbər verir ki, Rusiya Nazirlər Kabineti daxili bazarda metalların kəskin bahalaşmasının qarşısını almaq üçün qara və əlvan metalların (mis, nikel, alüminium, ferro ərintilər və s.) ixraclına rüsumlar tətbiq edib. Bu tədbir, 1 avqust-31 dekabr tarixlərində rüsumların tətbiq ediləcəyi dövrdə büdcəyə 160 milyard rubl qazandıracaqdır.
Metallurgiya şirkətləri xaricə məhsul ixracından "super qazanclar" əldə edirdilər.
Baş nazirin müavini Andrey Belousov bu tədbirin "müvəqqəti" olduğunu və 2022-ci ildən etibarən daxili bazarın dünya qiymətlərindəki dalğalanmalardan qorunması üçün sistemli bir mexanizmə ehtiyac olduğunu söyləyib.
Qərardan dərhal sonra "Severstal"ın Moskva birjasındakı səhmləri 5,8% ucuzlaşaraq şirkətin kapitallaşmasından 73 milyard rubl silinib.
Forbes-in verdiyi məlumata görə, "Severstal"ın 76% -nin sahibi, 29,1 milyard dollarlıq sərvəti ilə Rusiyanın ən varlı adamı Aleksey Mordaşov 55,5 milyard rubl və ya 760 milyon dollar ilə yoxsullaşıb.
Forbes tərəfindən sərvəti 27 milyard dollar olaraq qiymətləndirilən ikinci sırada yer alan Vladimir Potanin, "Norilsk Nikel" səhmlərinin düşməsilə 63,4 milyard rubl itirib. Potanin "Norilsk Nikel"in 35% -nə sahibdir.
NLMK-nin 79%-nin sahibi olan ilk üçlüyü bağlayan Vladimir Lisin 61,6 milyard rubl kasıblaşıb. "Novolipetsk" zavodunun səhmləri 5,2% ucuzlaşıb və nəticədə şirkətin bazar dəyəri 78 milyard rubl azalıb.
Ümumilikdə ilk 3 milyarder 180,5 milyard rubl və ya 2,5 milyard dollar itiriblər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 12 saat sonra
-
- 3 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















