Azercell-dən 4G MiFi ilə daha sürətli internet bağlantısı!
Hədiyyəli MiFi cihazı eyni anda 10-a qədər istifadəçiyə rahatlıqla internet şəbəkəsi paylaya bilir(®️)Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru “Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni MiFi M25 cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir.
Kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır. İstifadəçilər üçün önəmli cəhətlərdən biri də MiFİ avadanlığının enerjiyə qənaət funksiyasıdır - cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar.
Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G MiFi cihazla birgə 1 ədəd "Data tarifi”-ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur. Abunəçilər cihazı Azercell Eksklüziv Mağazaları və Azercell-in rəsmi diler dükanlarından əldə edə bilərlər.
Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir:
https://www.azercell.com/az/personal/campaigns/devices/iot/4g-mi-fi.html
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
22 d. əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 38 d. əvvəl
-
-
5 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 5 saat əvvəl
-
6 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
12 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib





















