SOCAR-dan Pakistana 220 milyon dollarlıq təklif
SOCAR Pakistana neft və qaz tədarükü üçün iki kredit xətti təklif edibAzərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan hökumətinə neft və qaz tədarükü üçün 220 milyon ABŞ dollarından çox iki kredit xətti təklif edib.
Bu barədə Pakistan mətbuatı xəbər verir.
Məlumata görə, SOCAR il ərzində hökümətlərarası saziş (G2G) əsasında Pakistan Dövlət Nefti Şirkəti (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətinə kreditlə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) yükləri tədarük etməyi təklif edib. Təklif LNG üçün 120 milyon ABŞ dolları və neft məhsulları üçün 100 milyon ABŞ dollarlıq iki ayrı kredit xəttini əhatə edib.
Ancaq Pakistan hökumətindən təkliflə bağlı heç bir açıqlama yoxdur.
Xatırladaq ki, SOCAR-ın təklifi mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin yanvarında Pakistana səfərindən sonra irəli sürülüb. Nazirin bu ölkəyə səfəri zamanı hər iki ölkənin neft və qaz sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək və strateji dostluq əlaqələrini qurmaq barədə razılığa gəlinib.
Qeyd edək ki, bu yaxınlarda SOCAR-ın Baş Əməliyyat müdiri Toğrul Köçərli Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeyə Pakistanın SOCAR-ın təklifinə cavabı ilə maraqlanmağa çağırıb. Görüş zamanı SOCAR rəsmisi qardaş dövlətin enerji ehtiyaclarının ödənilməsində kömək etmək üçün Azərbaycanın Pakistanla əməkdaşlığa hazır olduğunu söyləyib.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 8 d. əvvəl
-
12 d. əvvəl
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir
-
-
1 saat əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
Ən çox oxunanlar
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb





























