“Atəşgah” Sığorta Şirkətində yeni təyinat
Ölkənin aparıcı sığorta şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin Təftiş Komissiyasına yeni sədr seçilib.
Şirkətdən Marja-ya daxil olmuş məlumata görə, 2 iyul 2021-cil il tarixində sığorta sahəsi üzrə Azərbaycan Mərkəzi Bankında attestasiyasından müvəffəqiyyətlə keçmiş Günel Rəhimova “Atəşgah” SŞ-nin Təftiş Komissiyasına sədr və “Atəşgah Həyat” SŞ-nin Təftiş Komissiyasına üzvü vəzifəsinə təyin edilib.
Rəhimova Günel Cəfərağa qızı 2011-ci ildə “Atəşgah” SŞ-nə işə qəbul olaraq “Anderraytinq və təkrarsığorta” şöbəsində müxtəlif vəzifələr tutmuşdur. 0, 2015-ci ildə - şöbə müdiri, 2018-ci ildə isə “Sığorta risklərinin qiymətləndirilməsi” idarəsinin rəisi, 2021-ci ildə isə Atəşgah” SŞ-nin İdarə Heyətinin üzv vəzifəsinə təyin edilmişdir. Peşəkar fəaliyyəti çərçivəsində bir çox nailiyyətlər qazanmış Günel Rəhimova “Chartered Insurance Institute”-nin diplomunu və “Assurance Medical Underwriting Society”-nin sertifikatını əldə etmişdir.
Qeyd edək ki, hazırda “Atəşgah” SŞ-nin Təftiş Komissiyasının sədri vəzifəsini Rəhimova Günel Cəfərağa qızı, Təftiş Komissiyasının üzvü vəzifəsini isə Əmircanov Natiq Sahabin oğlu və Məmmədov Qaya Vaqif oğlu icra edirlər. “Atəşgah Həyat” SŞ-nin Təftiş Komissiyasının sədri vəzifəsini Əmircanov Natiq Sahabin oğlu, Təftiş Komissiyasının üzvü vəzifəsini isə Rəhimova Günel Cəfərağa qızı və Məmmədov Qaya Vaqif oğlu icra edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 20 saat əvvəl
-
-
20 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
















.jpg)




