"Goldenpay" şirkəti 14 ildir vaxtınıza dəyər qatır!
GoldenPay, bu gün 200-dən çox xidməti özündə birləşdirən və 500-dən çox partnyor şirkətlə əməkdaşlıq edən Azərbaycanın ən böyük onlayn ödəmələr şirkətidir.
(®️) Azərbaycanın ilk və ən böyük onlayn ödəniş portalını yaradan GoldenPay şirkəti artıq 14 ildir ki, istifadəçilərinə xidmət göstərməkdən qürur duyur. Belə ki, yarandığı ilk gündən etibarən Azərbaycanda insanların maliyyə vəsaitlərindən istifadə vərdişlərini dəyişdirərək, mövcud olduğu bazarda ilkə imza atıb.
2007-ci ilin İyul ayının 13-ü Ədliyyə Nazirliyində qeydiyyatdan keçən GoldenPay texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra, 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. İlk başda startap şəklində qurulmuş GoldenPay, bu gün 200-dən çox xidməti özündə birləşdirən və 500-dən çox partnyor şirkətlə əməkdaşlıq edən Azərbaycanın ən böyük onlayn ödəmələr şirkətidir.
GoldenPay şirkəti fəaliyyət dövrü ərzində Azərbaycan bazarına daim yeniliklər qatmaqla yanaşı, müxtəlif yerli və xarici şirkətlərlə əməkdaşlıq etmiş, istifadəçilərin etimadını daim doğrultmuşdur.
Qeyd edək ki, GoldenPay şirkəti 14-cü ad günü münasibətilə sosial media kanallarında istifadəçiləri üçün müsabiqə təşkil edib. Bu yol ilə istifadəçilərini düşündüyünü və hər zaman birlikdə daha güclü olduqlarını vurğulayır.
2011-ci ilin Aprel ayında GoldenPay şirkəti Azərbaycanın ən böyük onlayn xidmətlər platforması - Hesab.az-ı yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür. Hesab.az-ın təqdim etdiyi növbəti xidmət - Hesab Travel isə istifadəçilərə sərfəli uçuş və otelləri təqdim edir.
Hesab.az-da ödəniş etmək hər zaman rahat olmaqla yanaşı, ödənişlər haqqında məlumatları real vaxt ərzində əldə etmək mümkündür. Əsas olaraq onu da qeyd etmək istərdik ki, informasiya təhlükəsizliyi məlumatlarını qorumaq üçün Hesab.az onlayn ödəniş platrofması mövcud olan müasir vasitələrlə təmin olunur.
Qeyd edək ki, Hesab.az ödəniş platforması xidmətlərin sayını daim genişlənməklə yanaşı, istifadəçilər üçün gələcəkdə yeniliklər və sərfəli kampaniyalar keçirməyi nəzərə tutur. Hesab.az yaxın zamanlarda istifadəçilərə yenilənmiş mobil tətbiqini və daha bir yeni məhsulu - HesabShop onlayn alış-veriş platformasını təqdim edəcək.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
26 d. əvvəl
Azərbaycanda tarixi hadisə: ITMF və ATA-nın birgə semina ilk dəfə Bakıda
-
-
29 d. əvvəl
2029-cu ilə qədər BƏƏ-nin tikinti sektorunun illik həcmi 130,8 milyard dollara çatacaq
-
50 d. əvvəl
Fond "Basalt Group"ın nizamnamə kapitalında iştirak edəcək, bazalt istehsalına investisiya qoyulacaq
- 56 d. əvvəl
-
1 saat əvvəl
Dövlət fondu özəl şirkətin səhmdarları sırasına daxil olur - MÜQAVİLƏ İMZALANDI
-
1 saat əvvəl
Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ən çox oxunanlar

Azərbaycan neftinin son qiyməti

Bakıda “Şəhər daxilində yeni şəhər” - Böyükşor gölü ətrafına 5 milyard dollaradək investisiya yatırılacaq

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub

Rəsmi məzənnələr açıqlandı

1 trilyon dollardan artıq aktivləri idarə edən şirkət Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
