Əkin sahələrində yanğınlarla bağlı sığorta ödənişləri ediləcək - MÜRACİƏTLƏR BAŞLAYIB
Son dövrlər ölkənin müxtəlif ərazilərində açıq sahələrdə baş verən yanğınlar əkin sahələrinə də zərər verib. Artıq yanğınların əkin sahələrinə vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər başlanıb.
İlkin müraciətlər Samux və Hacıqabul rayonlarında sığortalanmış taxıl sahələri ilə bağlıdır. Bundan başqa, İsmayıllıda dolu vurması nəticəsində üzüm bağına dəyən zərərlə bağlı Fonda müraciət daxil olub.
Hazırda daxil olan müraciətlər Aqrar Sığorta Fondunda araşdırılır, müstəqil ekspertlər tərəfindən sahələrə baxış keçirilir, dəyən zərərin həcmi müəyyənləşdirilir. Müvafiq prosedurlar tamamlandıqdan sonra həmin hadisələrlə bağlı ödənişlərin verilməsi nəzərdə tutulur.
Aqrar Sığorta Fondu bir daha fermerlərin nəzərinə çatdırır ki, sığortalı əkin sahələrində istənilən səbəbdən baş verən yanğın sığorta hadisəsi sayılır. Yanğın hadisəsi nəticəsində dəyən zərərin həcminə uyğun olaraq sığorta ödənişi həyata keçiriləcək.
Aqrar Sığorta Fondu fermerlərin diqqətinə çatdırır ki, baş verən yanğınları və təbiət hadisələrini, onların nəticəsində təsərrüfatlarına dəyən zərəri nəzərə alaraq öz əkin sahəlirini vaxtında sığortalasınlar.
Müşahidələr göstərir ki, yanğınlar və təbiət hadisələri ehtimalı yüksək olan riskilərdir və fermerlərin təsərrüfatlarına böyük zərər vuraraq onları gəlirdən məhrum edə bilər.
Aqrar sahədə çalışan iş adamları və fermerlərin belə hallarla üzləşməməsi, məhsullarını, gəlirlərini və investisiyalarını itirməməsi üçün Aqrar Sığorta Fondu onları öz təsərrüfatlarını, payızlıq əkin sahələrini sığortalamağa dəvət edir.
Qeydçedək ki, fermerlər payızlıq əkinlərin sığortalanmasına artıq avqustun sonundan başlayaraq müraciət edə bilərlər. Bunun üçün Aqrar Sığorta Fondu (Telefon: 1651), aqrar sığorta sistemində təmsil olunan sığorta şirkətləri, eləcə də rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etmək kifayətdir.
Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini (o cümlədən taxıl, qarğıdalı və pambıq), kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür.
Fermerlər və iş adamları öz əkin sahələrinin sığortalanması üçün tələb olunan sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki aqrar sığorta kalkulyatoru (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə müstəqil şəkildə sığortalaya bilərlər.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















