Expressbank ilk yarımili mənfəətlə başa vurub
“Expressbank” ASC 2021-ci ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb.
“Expressbank”dan "Marja"ya daxil olmuş məlumatda bildirilir ki, Bank ilk yarım ili 5 milyon 627 min manat xalis mənfəət ilə başa vurub.
Məlumatda qeyd edilib ki, ikinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirən Bankın depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 128.1 milyon manat təşkil edib.
Eyni zamanda Bankın kredit portfelində də artım müşahidə edilib. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditləri 10% artaraq 72 milyon manat, istehlak kreditləri isə 9% artaraq 124 milyon manat təşkil edib. Kredit portfelində müşahidə olunan artım Bankın həm biznes sahiblərinə, həm də fiziki şəxslərə dəstəyinin göstəricisidir.
“Expressbank” ASC-nin 2021-ci ilin II-ci rübü üzrə faiz gəlirləri 19.7 milyon manat, faiz xərcləri isə 3.2 milyon manat təşkil edib. Ümumilikdə isə, Bankın yanvar-iyun ayları üzrə xalis faiz gəliri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3% artaraq 16.5 milyon manat təşkil edib. Eyni zamanda Bankın qeyri-faiz gəlirləri 10% artaraq 6.8 milyon manat təşkil edib.
2021-ci ilin II-ci rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, 30 iyun 2021-ci il tarixində Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalı 43%, məcmu kapital adekvatlıq əmsalı 46%, leverec əmsalı isə 34 % təşkil edib. Bu da, müəyyən edilmiş normativlərlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Bankın ümumi kapitalı isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.7% artaraq 126.8 milyon manat təşkil edib.
"İqtisadi mühit, müştəri portfelinin dinamikası və keyfiyyəti, artım perspektivləri, şəffaflıq, gəlirlilik, və s. kimi vacib göstəricilər əsasında bankları qiymətləndirən Beynəlxalq Reytinq Agentliyi “Fitch Ratings” “Expressbank” ASC-nin biznes strategiyası, uğurlu siyasəti, stabil maliyyə göstəricilərinə bu il də yüksək qiymət verərək Bankın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə təsdiqləyib. Şəffaf maliyyə tərəfdaşlığı və müştərilərinin ehtiyaclarını əsas götürərək daim yeni kampaniyalara və layihələrə imza atan “Expressbank” ASC, hər zaman müştəri məmnuniyyətinin təmin olunmasına xüsusi önəm verir",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
13 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 26 d. əvvəl
-
38 d. əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
51 d. əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
1 saat əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb






















