“Azərbaycanda hər beş fərdi sahibkardan biri qadındır”
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının nümayəndə heyəti ilə görüşüb.
Vüsal Qasımlı bildirib: "2020-ci ildə 174 329 sahibkarlıq subyekti qeydiyyata alınıb, onlardan 9230-u kommersiya hüquqi şəxs, 165 099-u fərdi sahibkardır. Kommersiya hüquqi şəxslərin 14,8 faizinin (1373) təsisçisi və fərdi sahibkarların 20,4 faizi (33 742) qadındır. Beynəlxalq müqayisələr göstərir ki, qadın sahibkarlığının inkişafı ölkədə iqtisadi artımın sürətlənməsi, sosial rifahın yaxşılaşması və inklüzivliyin təmin olunmasında əhəmiyyətlidir."
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva qadın sahibkarlığın inkişafı üçün dövlət dəstəyinin əhəmiyyətini qeyd etməklə yanaşı, həm də vergi, gömrük, kredit, sığorta və s. sahələrdə təkliflərini təqdim edib. V.Qasımlı dövlət-özəl dialoqu çərçivəsində verilən təkliflərin islahat gündəliyini zənginləşdirəcəyinə inamını ifadə edib.
İİTKM-in innovativ layihələri olan Azexport, Rəqəmsal Ticarət Qovşağı və http://EnterpriseAzerbaijan.com portalı ilə AQSİA arasında əməkdaşlıq imkanları müzakirə edilib. AQSİA-nın nümayəndə heyəti həmçinin İİTKM-in nəzdində fəaliyyət göstərən "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyətilə yaxından tanış olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur















.jpg)





