Facebook son 5 ildə bir ilki bacarıb
Aylıq toplam istifadəçi sayı 3,5 milyardı keçib....ABŞ-ın 5 texnoloji nəhəngindən biri, ən iri qlobal sosial şəbəkə olan Facebook digər iri şirkətlər kimi cari ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, milyarder Mark Zuckerbergin rəhbərlik etdiyi şirkət gəlirlərini 56% artıraraq, 29,08 milyard dollara çatdırıb. Gəlirlərin mütləq əksəriyyəti - 28,6 milyard dollar reklam biznesindən əldə olunub. Bununla da, Facebook 2016-cı ildən bəri gəlirlərində ən sürətli artıma nail olub.
Gəlirlərin qalan hissəsi - 497 milyon dollar digər sahələrdən, xüsusən Oculus virtual reallıq (VR) eynəklərinin satışından əldə edilib.
Xalis mənfəət isə 101% artaraq, 10,4 milyard dollar təşkil edib.
Rüb ərzində Facebook-un mülkiyyətində olan tətbiqi proqram və şəbəkələrdə (Facebook, Instagram, Messencer və Whatsapp) aylıq aktiv istifadəçi sayı 3,51 milyard nəfər təşkil edib. Bunun əsas hissəsi - 2,9 milyard istifadəçi Facebook sosial şəbəkəsinin payına düşüb. Onun tətbiqi proqramlarını işlədən hər istifadəçiyə görə Facebook-un qazancı ortalama 10,12 dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























