Microsoft Hindistanın hotel startapı ilə əməkdaşlığa başlayır
9 milyard dollarlıq şirkətə nə qədər investisiya yatırılacağı hələ açıqlanmayıb.Amerikan texnologiya nəhəngi Microsoft Hindistanın ucuzqiymətli hotel startapı və rezervasiya şəbəkəsi Oyo ilə investisiya danışıqlarına başlayıb.
Marja CNBC-yə və TechCrunch-a istinadla xəbər verir ki, yeni sövdələşmənin bugün imzalanması gözlənilir.
Hələlik Microsoftun Hindistanın ən dəyərli startaplarından birinə nə qədər investisiya yatıracağı bəlli deyil.
Hazırda Oyo-nun bazar dəyəri 9 milyard dollar qiymətləndirilir. Əməkdaşlıq çərçivəsində həm də Oyo-nun Microsoftun bulud texnologiyaları (cloud) servisinə keçəcəyi nəzərdə tutulur.
2013-cü ildə qurulan Oyo hazırda 80-dən artıq ölkədə minlərlə hotellə əməkdaşlıq edir. Şirkətin əsas investorları arasında Yaponiyanın ən iri maliyyə qurumlarından SoftBank və qlobal şəxsi mənzil kirayə sistemi Airbnb də var. Oyo ən son iyulun ortalarında investorlardan 660 milyon borc vəsaiti cəlb edib.
Microsoft və Oyo məsələ barəsində rəsmi açıqlama verməyib. Əlavə məlumat olduqca, xəbər yenilənəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























