"Azərbaycandan göndərilən 54 yanğınsöndürmə texnikası və 250-yə yaxın canlı qüvvə Ankara istiqamətində hərəkət edir"
“Artıq üçüncü gündür ki, bizim yanğınsöndürənlər Türkiyədə meşə yanğınlarına qarşı mübarizəni davam etdirirlər”.
Bunu yanğınla bağlı qardaş ölkədə səfərdə olan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.
Nazir müavini Azərbaycandan gəlmiş helikopterin yanğınsöndürmə əməliyyatlarını icra etdiyini bildirib: “Bizim helikopter artıq sutökmə əməliyyatını yerinə yetirir, işlər bundan sonra da davam edəcək”.
E. Mirzəyev qeyd edib ki, ikinci mərhələdə Azərbaycandan göndərilən 54 yanğınsöndürmə texnikası və 250-yə yaxın canlı qüvvə hazırda Ankara istiqamətində hərəkət edir: "Planlaşdırmışıq ki, sabah təxminən 12:00-02:00 arasında hadisə yerinə çatsınlar. Bundan sonra bizim gücümüz daha da artacaq və yanğınlara qarşı daha güclü mücadilə edəcəyik. Bu anlarda Azərbaycan xalqının ürəyi türk qardaşlarımızın yanındadır. Hamı səbirsizliklə yanğınların söndürülməsi xəbərini eşitməyi gözləyir. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var qüvvəsi ilə çalışaraq yanğın irəliləməsinin qarşısını almağa, lokallaşdırıb söndürməyə səy göstərirlər və buna nail olacaqlar”.
E. Mirzəyev Azərbaycanın Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb: “44 günlük müharibə zamanı da Türkiyə dövləti, Türkiyə xalqı daim bizim yanımızda oldu, bizə mənəvi dəstək verdi. Bu gün isə biz tək yanğınsöndürənlərlə deyil, media mənsubları ilə, bütün xalqla Türkiyə xalqının, dövlətinin yanındayıq”.
Nazir müavini əlavə edib ki, Azərbaycandan göndərilən əlavə qüvvələr Türkiyəyə çatandan sonra qarşıya qoyulan vəzifələri və yeni yanğın ərazilərinin söndürülməsi üçün atılacaq addımları dəqiqləşdirmək üçün “Böhran mərkəzi”ndə olacaq: “Burada işlər müvafiq nazirliyin nümayəndələri ilə birgə koordinasiya olunacaq. Hər gün yanğından sonra gördüyümüz işləri və sabah görəcəyimiz işləri müzakirə edəcəyik. Yeni qüvvələrimiz gələndən sonra daha da güclü işləməyimizin şahidi olacaqsınız. Mənə verilən məlumata görə, əsas yanğınlar Mersin bölgəsindədir. Bizə hansı bölgəni ayırsalar, orada fəaliyyətimizi davam etdirəcəyik”.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















