Alüminium qiymətləri 10 ilin zirvəsində!
Təkcə bu il 31% bahalaşıb…Qlobal iqtisadiyyatın bərpası fonunda metal qiymətlərindəki sürətli bahalaşma alüminiumdan da yan keçməyib. Pivə bankalarından qablaşdırma məhsullarına qədər hər şeydə artan qlobal tələbat, eləcə də Çində hasilatın (xüsusən Yunnan əyalətində) azalması əsas təkanverici qüvvədir.
Marja Financial Times-a istinadla xəbər verir ki, 2021-ci ilin əvvəlindən 31% artan alüminium qiymətləri bu həftəni 1 tona görə 2615 dollar qiymətlə başlayıb. Bu isə, son 10 ilin ən yüksək göstəricisidir.
Artan tələbat və bahalaşan qiymətlər istehsalçı şirkətlərin də bazar dəyərini yüksəldib. Ən iri qlobal alüminium istehsalçılarından olan amerikan şirkəti Alcoa-nın səhmləri bu il 68%, Avropanın Norsk Hydro qrupunun dəyəri isə 47% bahalaşıb.
BMO Capital Markets şirkətinin analitik hesablamalarına görə, ABŞ-da satılan pivənin 74%-dən çoxu alüminium bankalarda və butulkalarda qablaşdırılır. BMO bu il alüminiumun qlobal istehlakının 9% artaraq, 68 milyon tondan çox olacağını proqnozlaşdırır. Bu gedişlə, cari ilin qiymətləri “ən böyük illik tələbat” adlandırılan 2010-cu ilin göstəricisini də geridə qoyacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























