Hakerlər 600 milyon dollarlıq kriptovalyuta oğurlayıb - DETALLAR
Bu sektorda indiyə qədərki ən iri kibercinayətlərdən biridir...Son aylarda bir sıra iqtisadi sahələri vuran haker hücumları və kibercinayətkarlıq bu dəfə kriptovalyuta bazarına öz amansız zərbəsini endirib.
Marja xəbər verir ki, Poly Network adlı kriptovalyuta şəbəkəsi haker hücumu nəticəsində 600 milyon dollarlıq rəqəmsal valyutanın “yoxa çıxdığını” açıqlayıb.
Kripto şəbəkəsinin sistemindəki zəif nöqtələrdən məharətlə istifadə edən hakerlər minlərlə kripto-token ələ keçirə biliblər. Oğurlanan kriptovalyutanın 270 milyon dollarlıq hissəsi Ethereum blokçeynindən, 250 milyon dolları Binance Smart Chain şəbəkəsindən, 84 milyon dollarlıq hissə isə Polygon şəbəkəsindən yoxa çıxıb.
Poly şəbəkəsi kripto maynerlərinə müraciət edərək, kriptovalyuta sövdələşmələrini izləməyi və oğurlanan rəqəmsal pulların izinə düşməyi xahiş edib. Binance və Tether kriptovalyuta şirkətlərinin rəhbərləri bunun həddən artıq çətin olduğunu bildirsələr də, maksimum dəstək göstərəcəklərini vəd ediblər.
Son hadisə həm də kriptovalyuta əməliyyatlarının təhlükəsiz və asan olması barədə mülahizələrin doğruluğuna ciddi şübhə yaradır...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























