Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq - FƏRMAN

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərman imzalayıb.
Fərmanla Nazirlər Kabinetinə iki ay müddətində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini yaratması tapşırılıb.
Bundan əlavə, Nazirlər Kabinetinə iki ay müddətində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etməlidir.
Nazirlər Kabinetinə iki ay müddətində işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etməsi də tapşırılıb.
Reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.
Fərmana əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Fərmandan irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirmək və digər məsələləri həll etmək tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
8 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
-
8 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
9 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 9 saat əvvəl
-
9 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
10 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 10 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
