Airbnb-nin gəlirləri 300% artıb
Sistem 83 milyondan çox rezervasiya emal edib...Bütün dünyada şəxsi mənzillərin qısamüddətli icarə və rezervasiya sistemi Airbnb cari ilin 2-ci rübünə dair nəticələrini açıqlayıb.
Marja rəsmi məlumatla istinadla xəbər verir ki, ən iri onlayn “booking” şəbəkələrindən biri gəlirlərini ötən illə müqayisədə 300% artırıb. 1,34 milyard dollar gəlir əldə edən şirkət hətta bu göstərici ilə 2019-cu ilin nəticələrini də 10% üstələyib.
Aprel-iyun aylarında Airbnb sistemi vasitəsilə 83 milyondan çox sifariş olunub. Bu isə pandemiya səbəbindən səyahətlərin kəskin azaldığı 2020-ci ilə nisbətən 200% artım deməkdir. Şirkətin xalis zərəri rüb ərzində 68 milyon dollar təşkil edib ki, bu da bir il öncəki nəticə ilə (-575,6 milyon dollar) ilə müqayisədə 88% azdır.
Qlobal səyahətlərin daha çox tam peyvənd olunmuş şəxslərin hesabına artdığını bildirən Airbnb COVID infeksiyasının yeni mutasiyalarla yayılmasına görə payızdakı vəziyyətə dair proqnoz verə bilmədiyini açıqlayıb.
Nəticələr açıqlandıqdan sonra şirkətin səhmləri 4% ucuzlaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























