Ləğv edilən şirkətə məxsus 942 ədəd inventarlar açıq hərraca çıxarıldı
Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyasının sifarişi ilə ləğvetmədə olan şirkətə məxsus 942 ədəd inventarlar (elektron avadanlıqları, kondisionerlər və ofis mebelləri) açıq hərraca çıxarılıb.
ASC “Standard Insurance”-ın Ləğvetmə komissiyasından Marja-ya verilən məlumata görə, hərrac açıq auksion formasında sifarişçinin müəyyənləşdirdiyi qaydalara uyğun keçirilməklə 23 avqust 2021-ci il tarixə, saat 11:00-a (növbəlik qaydasında) təyin edilib.
Hərrac Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
942 ədəd inventarların ümumilikdə ilkin satış qiyməti 21.050 (iyirmi bir min əlli) manat məbləğində müəyyənləşdirilmişdir.
Hərracda iştirak üçün ilkin satış qiymətinin 5 %-i, yəni 1052,50 (bir min əlli iki manat əlli qəpik) manat məbləğində beh ödənilməlidir. Beh məbləği hərracın təyin edildiyi tarixə 2 (iki) iş günü qalanadək hərrac sifarişçisinin aşağıda göstərilən hesablaşma hesabına ödənilməlidir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 13 saat sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















