Neft sürətlə ucuzlaşır
Brent neftin qiyməti 66 dollardan da aşağı düşdü. Dünyada COVID-19-a yoluxanların çoxalması yanacaq tələbatının artımasını yavaşladacağı qorxusunu artırıb və ABŞ-da benzin ehtiyatlarının gözlənilməz artımı da investorların narahatlığını daha da yüksəldib.Neft qiymətləri, dünyada yeni növ koronavirusun Delta variantına yoluxanların sürətlə artmasının tələbə mənfi təsir edəcəyinə dair narahatlıqlar ilə əlaqədar olaraq düşür.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 13:17-də Brent nefti 3,3% ucuzlaşma ilə 65,91 dollardan, ABŞ xam nefti isə 3,8% ucuzlaşma ilə 62,96 dollardan ticarət olunub.
ABŞ-da benzin ehtiyatlarında artım olması və ABŞ Mərkəzi Bankının (Fed) protokollarında ilin sonuna qədər qiymətli kağız alışının azaldılmasına başlanılmasına dair müzakirələrin yer alması da neft qiymətlərinin düşməsinə səbəb olub.
Brent nefti iyulun əvvəlindən bu yana isə təxminən 15% ucuzlaşıb. Brent neftin qiyməti iyulun əvvəlində 78 dollara yaxınlaşmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























